Dünya

Hamının qarşısında gileyləndi:  "Kredit ödəməkdən canım çıxdı"

12 Aprel 2018 16:25

Müğənni Demet Akalın Bebekdə mağazalardan birinin eyvanında görüntülənib.  İfaçı alış-verişə gəlmədiyini kredit ödədyini deyib: “Bu dəfə alış-veriş yoxdur. Kredit ödyəriəm. Ödəməkdən canım çıxdı.Ona görə də, heç kim ad günündə hədiyyə gözləməsin. Buranın balkonu gözəldir. Özümü Bodrumda hiss etdim”. 

Bir həftə əvvəl ərə gedən aparıcı xəstəxanalıq oldu - foto

12 Aprel 2018 16:23

Aprelin 6-da iş adamı Emir Tavukçuoğluna ərə gedən aparıcı Simge Fıstıkoğlu xəstəxanalıq olub. Bu barədə aparıcı İnstaqram səhifəsində yazıb. O, xəstəxanadan fotosunu paylaşaraq “Evlilik hazırlıqlarının yorğunluğu bilirdim, elə deyilmiş Bakteriya imiş, 3 gün xəstəxanadayam” yazıb. 

Makron: "Suriyadakı kimyəvi hücumun arxasında Əsəd rejiminin dayandığına dair sübutlar var"

12 Aprel 2018 16:20

"Suriya ilə bağlı reaksiyamızı seçdiyimiz zaman verəcəyik". APA-nın AFP nəşrinə istinadən verdiyi xəbərə görə, bunu Fransa prezidenti Emmanuel Makron deyib.

Universitetdən qovulan, üç dəfə ərə gedən, “təcili yardım” maşınında ölən şairə

12 Aprel 2018 16:14

Tatar əsilli Bella özü özünü heç vaxt şairə adlandırmırdı, özünə şair deyirdi ki, bu şairlik çox tez başlamışdı. 18 yaşı olanda “Oktyabr” jurnalı onun misralarını çap etdi: “Başını rıçaqa sıxıb, bərk-bərk yatır telefon dəstəyi”.  22 yaşında isə ən məşhur əsərlərini yazmışdı:

“İki oğlum arasında püşk atdım, birini terrorçulara verdim” – Atanın etirafları həqiqəti ortaya çıxardı – VİDEO

12 Aprel 2018 15:54

Məhmətçiyin  qoruduğu Afrində PYD/PKK-nın bir övladını dağa aparmaq üçün gəldiyini deyən bir ata, “Qızlarımı verə bilməzdim, iki oğlum arasında püşk atıb birini göndərdim” deyib.

Suriyada açılan iki cəbhə

12 Aprel 2018 15:52

Suriyada hər ötən gün vəziyyət daha da drammatik xarakter alır. Dəməşqə qonşu ölkələrin  bu ölkədə təhlükəsizliyi təmin etmək məqsədilə atmış olduğu addımlar da nəticəsiz qalır.

Rus jurnalistləri aparan avtobusa silahlı hücum oldu - VİDEO

12 Aprel 2018 15:49

Rusiya Müdafiə Nazirliyi Suriyanın paytaxtı Şamda rusiyalı jurnalistləri daşıyan avtobusun naməlum şəxslər tərəfindən hücuma məruz qalması ilə bağlı məlumat yayıb.

Türkiyə və NATO İncirlik hərbi bazasını işə sala bilər

12 Aprel 2018 15:47

Suriyada hərbi əməliyyatların başlayacağı təqdirdə, İncirlik hərbi bazasının istifadə olunub olunmaması ilə bağlı müzakirələr aparılacaq. Bu barədə Türkiyə XİN-in rəsmi nümayəndəsi Hami Aksoy bildirib.

Türkiyə təyyarələrinə hücum etmək istəyən yunan qırıcısı MƏHV OLDU - Egeydə GƏRGİN ANLAR

12 Aprel 2018 15:44

Egey dənizində yerləşən İskiri adasının yaxınlığında Yunanıstanın döyüş təyyarəsi qəzaya uğrayıb. Bu haqda Yunanıstan Hərbi Hava Qüvvələrinin məlumatında deyilir. Məlumata görə, “Mirage 2000-5” tipli təyyarə İskiri adasının 9 dəniz mili şimali-şərqində yerli vaxtla saat 12:15-də itib. Pilotun taleyi haqqında məlumat yoxdur, axtarış-xilasetmə işləri davam etdirilir.

ABŞ-ın Suriyanı vuracaq məşhur qırıcıları Kritə gəldi

12 Aprel 2018 15:37

ABŞ kəşfiyyatının iki təyyarəsi Yunanıstanın Krit adasına gəlib. Bu barədə informasiyanı Yunanıstanın “İefimerida” saytı yayıb. Təyyarələrin Nikos Kazandzakis hava limanına eniş etdiyi bildirilib. Krit adasına gələn təyyarələrin MC-12S EMARSS və MC-12W Liberti olduğu bildirilib.

Nazarbayev yeni qazax əlifbasını necə öyrəndiyini açıqladı

12 Aprel 2018 15:22

Nursultan Nazarbayev Qazaxıstanın yeni əlifbasını necə öyrəndiyini açıqlayıb.  Nazarbayev bu etirafını “Yeni humanitar elmlər” layihəsi çərçivəsində hazırlanan dərsliklərin təqdimatı zamanı deyib. “Biz yeni əlifbaya səssizcə daxil olmalıyıq. Mən hər gün oturub, yeni əlifbada Abay Kunanbayevin sözlərini yazıram. Məncə, yeni əlifbaya çox sürətli keçəcəyik”, – deyə o bildirib.

Ərdoğandan Rusiya və İran əleyhinə

12 Aprel 2018 15:18

Qatil Əsədi də, PYD-ni də dəstəkləyənlər səhv edirlər. Biz hər iki yanlışla sona qədər mübarizə aparacağıq. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan bəyan edib.

Bred Pitin professor sevgilisi

12 Aprel 2018 15:10

Ancelina Colidən ayrıldıqdan sonra adı bir çox məşhurla çəkilən Bred Pit yeni sevgilisi ilə görüntülənib.

Ukrayna MDB-dən çıxır

12 Aprel 2018 15:03

Ukrayna yaxın günlərdə Müstəqil Dövlətlər Birliyindən (MDB) birdəfəlik uzaqlaşacaq. Bunu Ukrayna prezidenti Pyotr Poroşenko Kiyev Təhlükəsizik Forumunda çıxışı zamanı deyib. O bildirib ki, nə əvvəl, nə də indi MDB-nin üzvü olub: "Lazımı tapşırıqlar vermişəm.

Tramp: “Suriyanı dərhal vura da bilərik, heç vurmaya da”

12 Aprel 2018 14:49

ABŞ prezidenti Donald TrampSuriyaya hücumla bağlı yeni açıqlama yayıb. Tramp özünün Tvitter səhifəsində hava hücumunun vaxtının hələlik müəyyənləşmədiyini yazıb: “Suriyanı dərhal vura da bilərik, heç vurmaya da.