Dünya
Arvadı ərəb şeyxinin oğlu ilə görüşən müğənni ŞOK ETDİ
Məşhur müğənni Sərdar Ortaç xanımı Xloya Loughnanın iş üçün getdiyi Mayamidə Ərəb şeyxlərindən birinin oğulu ilə birlikdə olduğu iddiaları haqqında açıqlama verib. Bu mövzuda susqunluğunu pozan sənətçi xəbərlərin yalan olduğunu bildirib: "Amerikada bir çox dostumuz var. Qadın o dostlardan bir neçəsi ilə də yeməyə çıxır.
Rusiyanı məğlubiyyətə aparan 5 FAKTOR
ABŞ və NATO Suriyanın hökumət güclərinə zərbələrin endirilməsi üçün hazırlaşır. Qərb ölkələrinin böyük gücləri Aralıq dənizinə cəmləşməkdədir. Yalnız raket və aviasiya zərbələri üçün deyil, həm də yerüstü əməliyyatlar üçün beynəlxalq koalisiya yaradılır. Rusiya isə Suriyaya endiriləcək zərbələrin faciəli nəticələr gətirəcəyi barədə xəbərdarlıq edir, hətta ABŞ raketlərinin vurulacağını istisna etmir.
Məşhur diktatorun həyatı serial olacaq
Zaxarova Britaniya barədə: “İraqı qaydaya saldılar, indi də Suriyaya kömək edəcəklər”
Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova Böyük Britaniyanın baş naziri Tereza Meyin Britaniya sualtı qayıqlarının Suriyaya raket zərbəsi məsafəsinə qədər yaxınlaşması barədə verdiyi əmrlə bağlı KİV-lərdə dərc olunmuş məlumatı şərh edib.
Skripalın qızı Rusiyanın köməyindən imtina etdi
Britaniyalı keçmiş cəsus Serqey Skripalın qızı Yuliya Skripal Rusiya səfirliyinin və əmisi qızı Viktoriyanın köməyindən imtina edib.Yuliya Viktoriya Skripalın Böyük Britaniyaya gəlməsini istəməyib. O, əmisi qızına göstərdiyi qayğıya görə təşəkkür edib və hazırda onunla əlaqə yaratmamağı tövsiyə edib. Y. Skripal bəyan edib ki, onun və atasının bəyanatı ilə Viktoriyanın dedikləri üst-üstə düşmür.
NATO Ankaradan bunu istəyir - Rusiya ŞOKA DÜŞƏCƏK
Türkiyə ilə NATO ABŞ və onun müttəfiqlərinin Suriyada keçirməyi planlaşdırdığı əməliyyatda İncirlik bazasından istifadəni müzakirə edəcək. Bu haqda Türkiyənin Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy bildirib.
Dumada rus hərbi polisləri fəaliyyətə başladı
Rusiya hərbi polisi Suriyanın Duma şəhərində fəaliyyətə başlayıb. Bu barədə Rusiyanın Müdafiə Nazirliyindən informasiya yayılıb. Nazirlikdən şəhərdəki vəziyyətin getdikcə normallaşmağa başladığı bildirilib.
ABŞ Suriyanı vursa, Türkiyə savaşa qoşulacaq? – XİN
Prosesləri izləyirik, görək baş verənlər bizə nəyi göstərəcək. Bu sözləri Türkiyə XİN sözçüsü Hami Aksoy ona ünvanlanmış “ABŞ Suriyanı vursa, Türkiyə bu əməliyyata dəstək verəcəkmi” sualına cavab verərkən deyib. “Kimyəvi hücum insanlığa qarşı törədilmiş cinayətdir. Belə bir hücumun təkrarlanmaması üçün günahkarlar cəzalandırılmalıdır”, - Aksoy bildirib.
Rusiyada hərbi təyyarə qəzaya uğradı
Rusiyanın Voronej vilayətində təlim-məşq uçuşu zamanı "Yak-130" hərbi təyyarəsi qəzaya uğrayıb. Məlumatı Rusiyanın Müdafiə Nazirliyi yayıb.
Vanqanın Putinlə bağlı öncəgörməsi
Vanqanın 2018-ci ildə “Çin dünyanın əsas dövləti olacaq” öncəgörməsindən sonra indidə Vladimir Putin ilə bağlı da öncəgörməsi yayılıb.
Bu da Gülben Ergenin yeni sevgilisi
Jurnalist Erhan Çelikdən ayrıldıqdan sonra adı bir çox insanla hallanan müğənni Gülben Ergen prodüser Burak Törerlə eşq yaşayır.
12 aprel ümumdünya Aviasiya və Kosmonavtika günüdür
Bu gün dünya tarixinə kosmosun fəthi günü kimi daxil olub. 1961-ci ildə ABŞ ilə raket yarışmasında qabağa çıxmaq istəyən Serqey Korolyov namizədlər arasından 6 nəfəri seçir. Onların arasında Qaqarin də vardı. Kimin kosmosa uçması sonuncu dəqiqəyə qədər gizli saxlanılır. Son anda Qaqarin və onun əvəzləyicisi Titov seçilir.
Rusiya ABŞ-la döyüşdən QAÇIR?
Rusiya hərbi gəmiləri Suriyanınn Tartus şəhərində daimi düzülüş yerlərini tərk edib. Bunu “ImageSat International” (İSİ) şirkətinin sosial şəbəkələrdə paylaşdığı peyk fotoları göstərir. Şəhərdə Rusiyanın Hərbi Dəniz-Donanmasının maddi-texniki təminatının 720-ci məntəqəsi yerləşir.
Azərbaycanda böyük bazar yandı
Bərdə rayonunda bazarda yanğın başlayıb. Yanğın rayonun Alpout kəndi ərazisndə yerləşən "mal bazarında" kafelərdən birində başlayıb. Qısa müddətdə genişlənən yanğın yaxınlıqda yerləşən digər kafeyə keçib.
Dünya gücləri müharibə meydanında – Hər an ilk zərbə ENDİRİLƏ BİLƏR
Suriya ətrafında vəziyyət hər keçən gün gərginləşir. ABŞ prezidenti Donald Trampın müharibə elanından sonra Virciniya ştatındakı Narfolk dəniz bazasını tərk edən döyüş gəmiləri Aralıq dənizinə doğru hərəkət etməyə başlayıb.














