Makron: "Suriyadakı kimyəvi hücumun arxasında Əsəd rejiminin dayandığına dair sübutlar var"

"Suriya ilə bağlı reaksiyamızı seçdiyimiz zaman verəcəyik". APA-nın AFP nəşrinə istinadən verdiyi xəbərə görə, bunu Fransa prezidenti Emmanuel Makron deyib.

"Suriya ilə bağlı reaksiyamızı seçdiyimiz zaman verəcəyik". APA-nın AFP nəşrinə istinadən verdiyi xəbərə görə, bunu Fransa prezidenti Emmanuel Makron deyib.

O, Suriyadakı kimyəvi hücumun arxasında Əsəd rejiminin dayandığını və bunun sübutlarının olduğunu söyləyib. Fransa prezidenti görəcəyi tədbirlərə dair qərarı bütün məlumatlar təsdiqini tapandan sonra verəcəyini bildirib. E. Makron deyib ki, Suriya hökuməti bu hadisəyə görə məsuliyyət daşımalıdır.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31