Dünya
Türkiyə fövqəladə vəziyyəti yenə uzatmaq istəyir - Yeddinci dəfə
Türkiyə parlamenti ölkədə davam edən fövqəladə vəziyyətin yeddinci dəfə uzadılmasını müzakirə edəcək. Məlumata görə, bu qərarın müzakirəsi aprelin 18-ə nəzərdə tutulub. Bir müddət əvvəl Türkiyə baş nazirinin müavini Bekir Bozdağ müddətin uzadıla biləcəyini vurğulamışdı.
Tələbələr Serj Sarkisyanın baş nazir olmasını istəmir
Yerevan Dövlət Universitetinin bir qrup tələbəsi Serj Sarqsyanın baş nazir postuna namizədliyinin irəli sürülməsinə etiraz olaraq tətil elan edib.
Dmitri Peskov: "Putin Lavrovla bağlı hələ qərar verməyib"
Rusiya prezidenti Vladimir Putin Nazirlər Kabinetində kadr dəyişiklikləri ilə bağlı hələlik heç bir qərar qəbul etməyib. Bunu jurnalistlərə prezidentin mətbuat katibi Dmitri Peskov deyib. Xarici işlər naziri Sergey Lavrovun vəzifəsindən gedəcəyi ilə bağlı suala cavabında isə mətbuat katibi bildirib ki, bu, fərziyyədir və hər hansı nazir dəyişikliyi olarsa, ictimaiyyət bundan dərhal xəbər tutacaq.
Ermənistanı etiraz dalğası bürüyüb
Bütün sahələrdə dərin böhranın hökm sürdüyü Ermənistanda ictimai-siyasi vəziyyət gərgin olaraq qalır. “Sarkisyanı rədd edək” cəbhəsi Yerevanda müddətsiz etiraz aksiyası keçirib. Əsas prospektləri bağlayan vətəndaş fəalları Serj Sarkisyanın baş nazir olmasına qarşı çıxıblar.
Moskvadan şok ittiham: Əlimizdə faktlar var
Moskvanın əlində Suriyanın Duma şəhərində ehtimal olunan kimyəvi silah tətbiqinin növbəti tamaşa və bu tamaşada rusofobiya kampaniyasının ön cərgələrində dayanan bir ölkənin xüsusi xidmət orqanlarının əli olması barədə təkzibedilməz faktlar var.
Müttəfiqlər razılaşdı: Suriyanın taleyi həll edildi
Almaniya müttəfiq ölkələrlə Suriyada baş verən kimyəvi hücuma cavab verilməsinin vacibliyi ilə bağlı razılığa gəlib. Bu sözləri Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü Martin Şafer deyib. Nazirlik sözçüsü həmçinin Rusiyaya təzyiqlərin artırılması üçün hər şeyi edəcəklərini bildirib.
Moskvadan ABŞ-a xəbərdarlıq: Ən kiçik səhv...
III Dünya Müharibəsi ilə bağlı ciddi XƏBƏRDARLIQ: “Qida ehtiyatınızı dərhal hazırlayın” – VİDEO
Son günlər ABŞ ilə Rusiya arasındakı gərginliklə bağlı rus televiziya kanalları insanlara xəbərdarlıq edib. 3-cü dünya müharibəsinin çox da uzaqda olmadığını deyən televiziya aparıcısı insanların müharibə şəraitində nə etməli olduqlarını izah edib. Teleaparıcı ərzaq ehtiyatı siyahısında nələrin ola biləcəyini və sığınacaqlarda necə qorunmaq lazım olduğunu da deyib.
Hava şarı qəzaya uğradı - 12 turist yaralandı
Cənubi Koreyada hava şarı qəzaya uğrayıb. Məlumata görə, qəza nəticəsində hava şarının pilotu həlak olub, 12 nəfər isə xəsarət alıb. Xəsarət alanların hamısının turist olduğu bildirilir.
Skripallar niyə ölmədi?
Türkiyədən 324 qanunsuz miqrant deportasiya edildi
Türkiyənin qərb əyaləti İzmirdən Əfqanıstandan olan 324 qanunsuz miqrant deportasiya olunub. Yerli mətbuatın yazdığına görə, deportasiya olunanlar arasında qadınlar və uşaqlar da var.
Ermənistanda 3 nəfər minaya düşüb
Ermənistanın Tavuş vilayətində 3 nəfər minaya düşüb. Məlumata gör, hadisə dünən günorta saatlarında Ayqepar kəndində baş verib.
Lavrov: "Suriyada macəradan qaçmaq lazımdır"
"Ultimatum və təhdidlərSuriyada dialoqa kömək etmir". Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib. "Rusiya ümid edir ki, heç kimSuriyada Liviya ya İraqdakı ssenarinin təkrarlanmasına cəsarət etməz. Bu macəradan qaçmaq vacibdir.
Rusiya məhkəməsi "Telegram"ın bloklanması haqqında qərar çıxarıb
Rusiya məhkəməsi "Telegram" messencerinin bloklanması haqqında qərar çıxarıb. Məlumata görə, paytaxtın Taqansk rayon Məhkəməsi "Roskomnadzor"un "Telegram"ın Rusiya ərazisində bloklanması ilə bağlı iddiasını təmin edib. Messencerin fəaliyyətinə bir şərtlə icazə verilə bilər ki, onun şifrələrinin "açarları" Federal Təhlükəsizlik Xidmətinə təqdim olunsun.
Moskvadan Ankaranı pərt edəcək AÇIQLAMA: “S-400 kompleksləri...”
Rusiya S-400 zenit-raket komplekslərini Türkiyəyə 2019-cu ilin sonuna doğru göndərəcək. Bu haqda Rusiya prezidentinin hərbi-texniki əməkdaşlıq üzrə köməkçisi Vladimir Kojin bildirib.













