Dünya

2014-cü ildə ölən ailənin 2018-ci ildə övladı doğuldu

13 Aprel 2018 14:11

2014-cü ildə ölən ailənin 2018-ci ildə övladı dünyaya gəlib. Çində 2013-cü ildə süni mayalanma yolu ilə övlad sahibi ola bilmək üçün embrionlarını donduran ailə bir il sonra - 2014-cü ildə avtomobil qəzasında dünyasını dəyişir.

Yəhudilər məscidi yandırdılar

13 Aprel 2018 14:06

İki yəhudi radikal İordan çayının Qərb sahilində yerləşən Akraba kəndindəki məscidə hücum edib. Onlar giriş qapısını yandırıb və məscidin divarında aqressiv xarakterli yazılar yazıblar. Yanğına cəhd nəticəsində yalnız qapı və qapı özülünün bir hissəsi yanıb. Məscid binası alovdan zərər görməyib.

ABŞ-da sanksiyalar üzrə baş məmur vəzifəsindən ayrılır

13 Aprel 2018 14:03

ABŞ Maliyyə Nazirliyinin sanksiyaların icrası üçün məsul olan strukturunun (Office of Foreign Assets Control - OFAC) rəhbəri Con Smit may ayında vəzifəsindən ayrılacaq.

Əxlaqsız və qatil ata: evləndiyi qızını və uşağı öldürdü, sonra intihar etdi - VİDEO 

13 Aprel 2018 13:36

ABŞ-ın Konnektikut ştatında 20 yaşlı Keti Rouz Pladlın cəsədi aşkarlanıb. Onun atası və əri, 43 yaşlı Stiven Pladl isə Nyu-Yorkda intihar edib. Stiven Pladl evləndiyi doğma qızını və qızından doğulan oğlanı öldürəndən sonra özünə qəsd edib. Keti Rouz Padl doğulandan az sonra uşaq evinə verilmişdi. 18 yaşı tamam olandan sonra Keti sosial şəbəkələr vasitəsilə atası Stiveni və anası Elisi tapmışdı. 2016-cı ildə onlar görüşüblər, həmin görüşdən iki ay sonra isə Keti atası, anası və iki bacısı ilə birlikdə Virciniya ştatındakı evdə yaşamağa başlayıb.

Almaniyada naməlum şəxs insanlara atəş açdı - yaralananlar var

13 Aprel 2018 12:18

Almaniyanın Fulda şəhərində naməlum şəxs küçədə insanlara atəş açıb. Məlumata görə, insident nəticəsində bir neçə nəfərin ciddi xəsarət aldığı bildirilib. Hadisənin digər detalları barədə xəbər verilmir. Hazırda polis əməkdaşları həmin şəxsin axtarşları ilə məşğuldur. 

FETÖ terror təşkilatının YENİ ÜNSİYYƏT PROQRAMI

13 Aprel 2018 11:41

İstanbul Terrorla Mübarizə İdarəsinin Türkiyə Dəniz Qüvvələrində terrorla mübarizə məqsədi ilə əməliyyat təşkil edilib. Olaylar.az bildirir ki, əməliyyat zamanı burada çalışan və FETÖ terror təşkilatının üzvü olan, şərti adı Engin olan şəxsə mənsub sənədlərdə təşkilata aid bir çox sənədlər, yaddaş kartları ələ keçirilib.

Trampın nikahdankənar övladı var - İDDİA

13 Aprel 2018 11:40

Nyu-Yorkda "Trump World Tower"in keçmiş əməkdaşı Dino Sadjudin bildirib ki, ABŞ prezidenti Donald Trampın nikahdankənar övladı var. O, bu informasiyanı "National Enquirer" dərgisinə 30 min dollara satıb.

Əsəd kömürxanada gizlənib - Nə pəncərəsi var, nə də... - İDDİA

13 Aprel 2018 11:36

Suriya prezidenti Bəşər Əsədlə bağlı iddialar səsləndirilib. Onun Rusiyaya sığındığı deyilir. Bu iddia ilə The Baghdad Post çıxış edib. Yazıda bildirilib ki, Bəşər Əsəd Hmeimim aviabazasının kömürxanasındadır. Guya, onun qaldığı yerin nə pəncərəsi var, nə də ona telefonla danışmağa, yerini bildirməyə icazə verilir.

Vanqanın yeni öncəgörməsi yayıldı – Dünyanın tək lideri bu ölkə olacaq

13 Aprel 2018 11:32

İŞİD, 11 sentyabr və Breksit kimi bütün dünyaya təsir edən hadisələri öncədən görmüş Vanqanın daha əvvəl heç eşidilməyən bir proqnozu daha ortaya çıxıb.

Daha bir cütlük ayrılıq yolunda

13 Aprel 2018 11:29

Murat Boz və Aslı Enverin atyrılıq xəbərinin ardıca daha bir məşhur cütlüyün ayrılıq xəbələri manjet oldu.

Türkiyə əfqan miqrantları deportasiya edir

13 Aprel 2018 11:20

Türkiyə əfqan miqrantları ölkədən deportasiya edib. Ölkənin İzmir şəhərinə qanunsuz yollarla keçən 324 əfqan miqrant müəyyənləşdirilərək şəhərdən çıxarılıb. Deportasiya olunan miqrantlar arasında qadınlar və azyaşlı uşaqların da olduğu bildirilir.

Türkiyə daha bir DÖVLƏT ÇEVRİLİŞİNİN qarşısını alıb - Nyu-York qəzeti yazdı

13 Aprel 2018 10:21

Qətərdə “Körfəz böhranı”nın başladığı gün, yəni 2017-ci ilin 5 iyun tarixində Əmir Şeyx Təmimin sarayında çevrilişə cəhd olunub. Bu barədə Amerikanın “The New Yorker” dərgisində çap olunan bir məqalədə bəhs edilib. “Bir Səudiyyə şahzadəsinin Orta Şərqi yenidən inşa etmək macərası” başlıqlı məqalənin müəllifi Dexter Filkins bir amerikalı diplomatın açıqlamalarını qələmə alıb. Diplomat Qətərdə cəhd edilən çevrilişin qarşısının Türkiyəninn saraya göndərdiyi özəl hərbi qüvvələr tərəfindən alındığını deyib.

Məşhur cütlük ayrıldı

13 Aprel 2018 10:12

Aslı Enverlə Murad Boz ayrılıb. Cütlük 2, 5 illik münasibətlərini bitirməyə qərar verib. Aslı Enver müğənni ilə birlikdə qaldığı evdən köçüb. Aktrisa ilə müğənni bir neçə ay əvvəl ailələrini də bir-biri ilə tanış etmişdi. Ancaq yayda nişanlanacağı deyilən Aslı ilə Muradın ayrılıq qərarı çoxları üçün gözlənilməz olub.