Dünya
3D holoqramlar məlumatların yazılış sıxlığını artırmağa imkan verir
Nanomaterialdan hazırlanmış plyonka optik disklərlə müqayisədə məlumatların yazılış sıxlığını 1000 dəfə artırmağa imkan verir. Çinli alimlər yeni həll üzərində çalışırlar.
Göz xəstəliklərini müstəqil diaqnozlaşdıran proqram yaradılıb
ABŞ Ərzaq Məhsulları və Dərman Preparatlarının Keyfiyyətinə Nəzarət İdarəsi (FDA) gözün tor qişasının fotoşəkillərinə görə diabetik retinopatiyanı diaqnozlaşdıran alqoritmin praktik tətbiqini təsdiq edib. Tərtibatçıların sözlərinə görə, “IDx-DR” adlı proqram diaqnozun qoyulması üçün həkim-mütəxəssisin iştirakını tələb etmir.
Gözəlləşmək istədi, gözlərindən oldu - Fotolar
Argentinalı model Nadinne Bruna gözəlləşmək uğruna gözlərindən olub. Gözlərini yaşıl etmək üçün əməliyyata girən model gözləmədiyi dəhşətlə üzləşib. Əməliyyatdan sonra Nadinnenin sağ gözündə 80%, sol gözündə isə 50% görmə qabiliyyəti itib. 32 yaşlı Bruna ala gözlərini Kolumbiyada əməliyyat etdirib. Əməliyyat ona 3 min dollara başa gəlib. Hazırda Bruna müalicə olunmaq üçün Mayamiyə yola düşüb.
Rusiya Türkiyə pomidorları ilə bağlı qərarı dəyişəcək? - RƏSMİ CAVAB
Rusiya payıza qədər Türkiyədən gətirilən pomidorlarla bağlı kvotanı dəyişməyəcək. Məlumata görə, bunu Rusiya baş nazirinin müavini Arkadiy Dvorkoviç deyib.
Trampın "ağıllı" raketləri, yoxsa ədalət: dünyanı nə xilas edə bilər?
Amerika prezidenti Donald Trampın Rusiyanı hədələməsi yenidən bütün dünyada narahatlıq yaradıb. Moskva da cavab verib. Aydın olur ki, iki supergüc bir-biri ilə savaşmağa hazırdır. Hər ikisi hesab edir ki, qalib olacaq. Hər ikisi hesab edir ki, ədalətlidir. Lakin təhlillər göstərir ki, vəziyyət daha mürəkkəbdir və çoxlu sayda təhlükələr meydana gələ bilər. Suriyanı bombalamaq istəyənlər oradakı insanların taleyini qətiyyən düşünmürlər. Əksinə, suriyalılar arasında ixtilafları daha da dərinləşdirən addımlar atmaqdan çəkinmirlər. Belə bir şəraitdə Yaxın Şərqdə geosiyasi proseslər hansı istiqamətdə gedə bilər? Bu kimi suallara cavab üzərində geniş dayanmağı lazım bildik.
Qarnını yarıb 98 balasını buraxdı - VİDEO
Avstraliyanın Viktoriya əyalətində yaşayan 46 yaşlı Mettyu Orlov köpəkbalığı tutmuşdu. O, tutduğu ana köpəkbalığının qarnını yarıb və 98 balanı okeana buraxıb.
Şok kadrlar: oğlanın başından qurdlar çıxarıldı - VİDEO
Daha bir ölkə Suriya barədə qərarını verdi
Niderland Suriyaya qarşı mümkün hücum ehtimalı zamanı əməliyyatlara qoşulmayacağını açıqlayıb. Bu barədə Türkiyə mətbuatı yazıb.
Türkiyədən dostlara xəbərdarlıq: İşləri qarışdırmayın...
ABŞ və Rusiya sosial şəbəkələr üzərindən bir-birinə atmacalar atır. Bu sözləri Türkiyənin Baş naziri Binəli Yıldırım deyib.
Almaniya XİN rəhbəri: "Rusiya üzərində təzyiqi artırmalıyıq"
Rusiya Bəşər Əsədi qoruyur. Buna daha dözüm göstərə bilmərik. Rusiya üzərində siyasi təzyiqi artırmalıyıq. Bunu Almaniyanın xarici işlər naziri Heiko Maas deyib. "Ukrayna, Suriya və Solsberidə yaşananlara baxanda bu hadisələrin açıq şəkildə Rusiya ilə əlaqəli olduğunu görürsünüz. Eyni zamanda, Qərbdəki demokratik seçkilərə müdaxilədə Rusiyanın əli var. Rusiya siyasətini dəyişdirməlidir, əks təqdirdə, Suriya problemi həll olunmaz", - deyə nazir vurğulayıb.
Ərdoğan: "Həmin videoları Vladimir Putinə göndərdim"
Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Trampla telefon danışıqları zamanı Suriya məsələsini müzakirə etdik. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Kadırovdan maraqlı TƏKLİF : "Putin əbədi prezident olsun"
Çeçenistanın başçısı Ramzan Kadırov bəyan edib ki, Rusiyada prezident seçilmək üçün say məhdudiyyəti aradan qaldırılmalıdır, yəni bir neçə dəfə ölkə prezidenti seçilmək mümkün olmalıdır.
Anasının öldüyünü 22 il gizlətdi - Pensiyasını aldı
Fransanın Marsel şəhərində qəribə olay baş verib. Məlumata görə, 76 yaşlı qadın 22 il boyunca anasının öldüyünü gizlədib və onun pensiyasını alıb. Anasını axtaranlara isə onun xaricə getdiyini bildirib. Bu illər ərzində qadın 162 min avro pula sahib olub.
Almaniya XİN rəhbəri: "Rusiya üzərində təzyiqi artırmalıyıq"
Mariya Zaxarova ABŞ-ın Qafqazdakı bioloji laboratoriyaları haqda
Rusiya ABŞ-ın hərbi strukturlarının postsovet məkanındakı tibbi-bioloji aktivliyini diqqətlə izləyir. Bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.














