Dünya

Nüvə şəhərində zəlzələ - 5,9 bal gücündə

19 Aprel 2018 12:51

İranın nüvə stansiyası yerləşən şəhəri – Buçhor əyalətinin Kaki  şəhərində təkan qeydə alınıb. Olaylar.az bildirir ki, Tehran Universitetinin Geofizika İnstitutunun Seysmoloji Mərkəzinin açıqlamasına əsasən zəlzələ 5,9 bal gücündədi.

“Seçkilərin əvvələ çəkilməsi Türkiyə ilə bağlı kirli planları alt-üst etdi”

19 Aprel 2018 12:51

“İyunun 24-ü Türkiyədə növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsi üçün uyğun zamandır”.   Bu barədə Türkiyə Baş nazirinin köməkçisi Bəkir Bozdağ bildirib. O qeyd edib ki, 26 avqust yayın ortalarıdır və Qurban bayramı ərəfəsidir: “Seçkilərin əvvələ çəkilməsi Türkiyə ilə bağlı kirli planlar hazırlayanların işlərini alt-üst etdi: “Türkiyədə ssenarini artıq başqaları deyil, millət yazacaq. Bu millətin yazdığı ssenariyə hər kəs tabe olacaq”.

Yüzlərlə “qanuni oğru” Yerevanda cəmləşdi: Ya Sarqsyanın kəlləsi gedəcək, ya da…

19 Aprel 2018 12:14

Aralarında 200 “qanuni oğru” və 400 kriminal avtoritetin olduğu 600 məşhur şəxs dünən Yerevana toplaşıb. Bunu “Past” qəzeti öz mənbələrinə istinadla yazıb.

Bir neçə saata hər şey həll olunacaq, Qarabağda müharibə başlaya bilər - Rusiyadan SENSASİYALI AÇIQLAMA

19 Aprel 2018 12:11

“Ermənistanda qeyri-stabil vəziyyət davam etdikcə, Qarabağda eskalasiya riski yüksəlir”. Bu barədə rusiyalı hərbi ekspert Aleksandr Perendjiyev Ermənistanda müxalifətin aksiyasını şərh edərkən deyib.

Yerevanın mərkəzində polis onlarla müxalifətçini saxlayıb

19 Aprel 2018 12:01

Ermənistanda müxalifətçilərin etiraz aksiyasının keçirildiyi paytaxt Yerevanın mərkəzinə tərəf əlavə polis qüvvələri cəlb olunur. Mitinqçilərin həbsləri davam edir. Etirazçılar üçüncü hökumət binasını bloklamağa çalışıblar. Hadisə yerinə polis rəisinin müavini, general Samvel Ovannisyan gəlib. "Jurnalistləri işimizə mene olmamağa və kütləyə qarışmamağa çağırıram. Polis xüsusi tədbirlər görür", - o deyib.

Adnan Oktar həbs oluna bilər – Kedicik şikayət etdi

19 Aprel 2018 11:47

Türkiyədə özünü fikir adamı kimi təqdim edən, kanalların birində verilişi və oradakı iştirakçıları  -“kediciklər”i ilə məşhurlaşan Adnan Oktar həbs oluna bilər. Olaylar.az bildirir ki, “Adnan Oktar ilə söhbətlər” adlanan verilişin daimi iştirakçılarından olan Ceylan Özgül Oktardan məhkəməyə şikayət edib. Adnan Oktar və Didem Üren adlı şəxslərin Ceylan Özgüldən uzaq durmaları tələb olunub. Adnan Oktar məhkəmənin qərarına riayət etməsə 6 ay azadlıqdan məhrum edilə bilər.

Məşhur bacılar dalaşdı – Xəstəxanalıq oldular

19 Aprel 2018 11:37

“Ciciş bacılar” kimi tanınan Esra və Ceyda bir-birini döyərək xəstəxanalıq olublar.

Türkiyədə "ağ zəhər" əməliyyatında saxlanılanlar var

19 Aprel 2018 11:21

Türkiyənin cənubunda Adana vilayətində narkotaçirlərə qarşı əməliyyat keçirilib. Əməliyyat barədə polis xəbər yayıb. Polsin yaydığı məlumata əsasən, əməliyyat nəticəsində 160 kiloqram heroin saxlanılıb. Bundan başqa, əməliyyat çərçivəsində saxlanılanların da olduğu bildirilir. Saxlanılanların kimliyi açıqlanmasa da, hamısının Türkiyə vətəndaşları olduqları qeyd olunub.

Sərnişin qatarlarına gecikənlər biletlərini geri qaytara biləcəklər - Rusiyada

19 Aprel 2018 11:20

Rusiya prezidenti Vladimir Putin "Dəmir yolu nəqliyyatının nizamnaməsi"nə edilmiş dəyişikliyi təsdiqləyib.  Dəyişiklik dəmir yolu nəqliyyatında indiyə qədər qaytarılmayan biletlərin xüsusi tarif əsasında geri qaytarılmasını nəzərdə tutur. 

ABŞ səfirliyi Ermənistandakı vətəndaşlarına xəbərdarlıq etdi

19 Aprel 2018 11:03

ABŞ səfirliyi öz vətəndaşlarını Ermənistanda kütləvi etiraz aksiyalarının keçirildiyi yerlərə getməkdən çəkinməyə çağırıb. ABŞ-ın Yerevandakı səfirliyi bu barədə rəsmi xəbərdalıq yayıb. "ABŞ səfirliyi Ermənistanda davam edən etiraz aksiyalarından xəbərdardır. Nümayişlərin gözlənilməz nəticələri zorakılıq halları yarada bilər.

Yerevanda etirazçılar nazirlik binalarını blokadaya almağa çalışırlar

19 Aprel 2018 11:01

Yerevanda müxalifətin etiraz aksiyalarının iştirakçıları "Respublika" meydanında yerləşən bir neçə nazirlik binasını blokadaya almağa çalışırlar. Hadisə yerində olan "TASS"ın müxbiri bildirib ki, polis bu cəhdlərin qarşısını almağa çalışır. Son dəqiqə 1 nəfərin saxlanıldığı barədə məlumat var. Aksiyaçıların qarşısını almaq üçün nazirlik binalarının OMON dəstələri tərəfindən nəzarətə alındığı bildirilir.

Toy evində DƏHŞƏT: Taxta eyvan çökdü... - VİDEO

19 Aprel 2018 10:00

Türkiyənin Kahramanmaraş bölgəsində toy evində bədbəxt hadisə baş verib. Toy evində qonaqlar toy sahibinə hədiyyələr təqdim edən zaman eyvan çöküb. Təxminən 20 nəfərin ağırlığına tab gətirməyən taxta eyvanın çökməsinin görüntüləri sosial şəbəkədə yayılıb.