Dəhşətli fırtına- ÖLƏNLƏR VAR

Hindistanda gecə saatlarında ölümlə nəticələnən fırtına baş verib.

ONN media İANS agentliyinə istinadən verdiyi xəbərə görə, Hindistanın Qərbi Benqaliya ştatında baş verən fırtına ən azı 18 nəfərin ölümünə səbəb olub.

Rəsmi məlumatlara əsasən fəlakət nəticəsində 230 ev dağılıb və ya qismən zədələnib. Yerli hakimiyyət fırtınanın zərərlərinin minimuma endirilməsi üçün səylər göstərir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31