Dünya

Türkiyə müxalifəti prezident seçkiləri üçün namizədini açıqladı

19 Aprel 2018 15:20

Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyası (CHP) erkən prezident seçkiləri üçün öz namizədini açıqlayıb. Bu vəzifəyə namizəd olaraq partiya sədri Kamal Kılıçdaroğlunun namizədliyi iкəli sürülüb. Onun namizədliyini partiya üzvlərinin 85 faizinin dəstəklədiyi bildirilir.

Hər kəsin gözü önündə cinsi əlaqəyə girdilər

19 Aprel 2018 15:18

İspaniyanın İbiza adasında sevgili cütlük ətrafdakı insanların çoxluğunu nəzərə almadan pikink üçün yerə sərilən döşəyin üstündə cinsi əlaqədə olublar.

Türkiyə hərbçiləri NATO-da ən yüksək səviyyədə komandanlıq vəzifəsinə gətirilir

19 Aprel 2018 14:58

Türkiyə NATO-da çox yüksək hazırlıq səviyyəsi  müştərək qüvvələrin komandanlığına gətirilir. Türk hərbçilər iki dönəm bu vəzifəni icra edəcəklər.

Şimali Koreya Ali Xalq Məclisinin sədri Azərbaycan Prezidentinə təbrik ünvanlayıb

19 Aprel 2018 14:49

Koreya Xalq Demokratik Respublikasının (Şimali Koreya) Ali Xalq Məclisi Rəyasət Heyətinin sədri Kim En Nam Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Qırğızıstan hökuməti istefaya göndərildi

19 Aprel 2018 14:49

Qırğızıstan prezidenti Sooronbay Jeenbekov respublikanın Nazirlər Kabinetinə Parlamentin etimad göstərməməsini nəzərə alaraq hökumətin istefaya göndərilməsi barədə sərəncam imzalayıb.

Xüsusi təyinatlılar göndərildi, Putin imkan versə, Sarkisyan... - Azərbaycanlı politoloq HƏR ŞEYİ AÇDI

19 Aprel 2018 14:40

“Serj Sarkisyan qansız bir insandır. O, illər öncə hakimiyyətə gələndə də 31 nəfəri Rusiyanın "Alfa" qrupu ilə birlikdə öldürməklə, yəni Küçə Manifesti Partiyasını zor gücünə dağıtmaqla prezident olmuşdu. İndi də hakimiyyətinin formasını dəyişib ölkədə bütün sahələrə nəzarət etmək istəyir. Əhali də buna qarşı ayağa qalxıb. Və cəsarətlə Sarkisyanın hegemonluğuna qarşı çıxdıqlarını, Qarabağ klanının Ermənistana rəhbərlik edə bilməyəcəyini bəyan edirlər”.

İnqilab və Serj Sarkisyanın devrilməsi reallığı TƏHLİL

19 Aprel 2018 14:33

Ermənistan parlamentinin müxalifətdən olan “Yelk” (“Çıxış”) fraksiyasının rəhbəri Nikol Paşinyanın liderliyi ilə artıq bir neçə gündür ki, davam edən kütləvi etirazlar dalğası bu ölkədə inqilab faktorunun yetişdiyini açıq-aydın göstərməkdədir. Artıq Ermənistan mediasına açıqlama verən erməni politoloqları, ictimai-siyasi şəxsləri, eləcə də xarici mətbuat da qiyamın qaçılmaz olduğunu, Serj Sarkisyan rejiminin devrilməyə doğru sürətlə irəlilədiyini qeyd edirlər.

Fransa mətbuatı: "Sarkisyan hakimiyyətdə qalmaq üçün hər şey etməyə hazırdır"

19 Aprel 2018 14:31

Ermənistanda baş verən etiraz aksiyaları xarici KİV-lərin də diqqətindən yayınmır. Fransanın “Libération” qəzeti də baş verənlərə biganə qalmayaraq, Ermənistanda xalqın hakimiyyətə qarşı etirazına yer ayırıb. Belə ki, qəzetdə dərc olunan yazıda bildirilir ki, 2008-ci ildən hakimiyyətdə olan bir şəxslə bağlı günlərdir gedən etirazlara baxmayaraq həmin şəxs ölkənin baş naziri təyin edilib.

Orxan Pamuk haqda 6 kitab çıxdı

19 Aprel 2018 14:00

Bu yaxınlarda dünyanın müxtəlif ölkələrində Nobelli türk yazar Orxan Pamuk haqqında 6 kitab çap olunub.

35 il sonra Səudiyyədə ilk kinoteatr açıldı

19 Aprel 2018 13:59

Səudiyyə Ərəbistanında 35 illik qadağadan sonra kinoteatr açılıb. Paytaxt Riyadda yerli əyləncə şirkəti ilə beynəlxalq "American Multi-Cinema"nın təşkilatçılığı ilə ilə kinoteatr açılıb. Salondakı il seansda rəsmilər iştirak edib və "Black Panther" filmi sərgilənib. Kinoteatr 1 həftəlik test yayımından sonra əhalinin istifadəsinə veriləcək.

Sarkisyan bunu ilk dəfə edib VAXT İSTƏDİ: Bizə imkan verilsə...

19 Aprel 2018 13:54

Ermənistanın baş naziri Serj Sarkisyan İrəvanda müxalifətin aksiyasına ilk dəfə münasibət bildirib.

ABŞ və Rusiya generelları Bakıda görüşəcəklər

19 Aprel 2018 13:47

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Bakıya işgüzar səfər edib.

Ermənistanda aksiya zamanı jurnalist mülki geyimli şəxslər tərəfindən döyülüb

19 Aprel 2018 13:40

Ermənistanda baş verən etiraz aksiyaları zamanı jurnalist xəsarət alıb. Məlumata görə, başından zədə alan jurnalist Tirayr Muradyan xəstəxanaya yerləşdirilib. Xəstəxanadan bildiriblər ki, onun başının gicgah hissəsində yüngül toxumalar zədələnib.  Jurnalist açıqlamasında bildirib ki, etiraz aksiyası zamanı ona mülki geyimdə olan şəxslər hücum edib. 

Müdafiə naziri öldürüldü

19 Aprel 2018 13:25

Türkiyənin sabiq müdafiə naziri  Ercan Vuralhan ötən axşam öldürülüb. O İstanbulun Sirkəçi rayonunda bir kafedə oturarkən kafeyə gələn Y.K sabiq nazirə bıçaqla hücum edib və ona zərbələr endirib.

Təyyarədə YANĞIN

19 Aprel 2018 13:19

Amerikadan İngiltərəyə uçan sərnişin təyyarəsində yanğın qeydə alınıb. Olaylar.az bildirir ki, təyyarəninn mator hissəsində olan problem səbəbi ilə uçuş təxirə salınıb. Hartsfield-Jackson Beynəlxalq hava limanında airbus A333 tipli təyyarə də olan sərnişinlər yanğın səbəbi ilə təxliyə ediliblər. Sərnişinlər  30 dəqiqədən sonra digər təyyarə ilə uçuşu davam etdiriblər.