Türkiyə hərbçiləri NATO-da ən yüksək səviyyədə komandanlıq vəzifəsinə gətirilir
Türkiyə NATO-da çox yüksək hazırlıq səviyyəsi müştərək qüvvələrin komandanlığına gətirilir. Türk hərbçilər iki dönəm bu vəzifəni icra edəcəklər.
19 Aprel 2018 14:58 DünyaTürkiyə NATO-da çox yüksək hazırlıq səviyyəsi müştərək qüvvələrin komandanlığına gətirilir. Türk hərbçilər iki dönəm bu vəzifəni icra edəcəklər. NATO çox yüksək hazırlıq səviyyəsi müştərək qüvvələrinə NATO üzv ölkələrinin ən elit və yüksək döyüş hazırlığına malik Quru, Hava və Dəniz Qüvvələrinin birlikləri yer alır. Buraya ən yüksək hazırlıqlı pilotlar, dənizçilər və xüsusi təyinatlı hissələr seçilir. Bir müharibə, yaxud hərbi münaqişə çıxdığında bu qüvvələr ön sırada yer alaraq döyüşə birinci girirlər. Bu qərar Türk ordusunun yüksək döyüş hazırlığı diqqətə alınaraq verilib. Xəbəri "Olaylar"ın Türkiyə bürosu yayıb.