Dünya

Çimərlik akula hücumuna görə bağlandı

19 Aprel 2018 19:40

Tailandın Sai Noi əyalətinin çimərliyi akula hücumundan sonra bağlanıb.  54 yaşlı norveçli turist akulanın hücumuna məruz qalıb. Ayağından ciddi zədə alan turist xəstəxanaya çatdırılıb. Hazırda onun vəziyyəti sabit olaraq qiymətləndirilir.

“Microsoft”un neyron şəbəkəsinə əsaslanan tərcümə proqramı internetsiz işləyəcək

19 Aprel 2018 18:55

“Microsoft” korporasiyasının “Microsoft Translator” proqramı neyron şəbəkəsi alqoritmlərinə əsaslanan daha keyfiyyətli kompüter tərcüməsini internetə qoşulma olmadan həyata keçirəcək.

“TESS” teleskopu kosmosa buraxılıb

19 Aprel 2018 18:55

ABŞ Kosmik Agentliyi (NASA) Kanaveral kosmodromundan "SpaceX Falcon 9" raketdaşıyıcısı vasitəsilə "TESS" (Transiting Exoplanet Survey Satellite) kosmik teleskopunun uğurlu buraxılışını həyata keçirib.

Geyimə bərkidilə bilən çox nazik günəş batareyaları yaradılıb

19 Aprel 2018 18:45

“Riken-Toray Industries Inc”də çalışan yaponiyalı alimlər qalınlığı 3 mikrometr olan adi günəş panelləri təqdim ediblər. Asanlıqla dartılan və sıxılan bu panellər heç bir problem olmadan parçaya və istənilən başqa səthə bərkidilə bilər, həmçinin 100 selsi dərəcəyədək temperatura qarşı davamlıdır. Enerjinin çevrilmə səmərəliliyi təxminən 10% təşkil edir ki, bu da bazarda mövcud olan istənilən analoji qurğudan yüksək göstəricidir. Layihə müəlliflərindən biri olan Takao Sominin sözlərinə görə, onların istehsalı olan günəş batareyalarının maya dəyəri aşağıdır və istehsalçılar bu səbəbdən yeni texnologiyaya yüksək tələbat gözləyirlər.

“Internet” adlı mobil brauzer təqdim edilib

19 Aprel 2018 18:40

“Amazon” şirkəti “Internet” adlı mobil brauzerini təqdim edib. Proqramçılar əmin edirlər ki, “Internet” mobil brauzeri az sayda məlumatdan istifadə edir və yadda saxlayır, az yer tutur və internetə çıxış sürəti zəif olan qoşulmalar üçün optimallaşdırılıb.

Yeni tip kompüter yaddaşı hazırlanıb

19 Aprel 2018 18:35

Çinin Şanxay Fudan Universitetinin alimləri özündə operativ və quraşdırılmış yaddaş xüsusiyyətlərini birləşdirən yeni məlumat saxlama texnologiyası hazırlayıblar.

“Benjamin Franklin" medalının builki laureatlarının adları açıqlandı

19 Aprel 2018 18:31

1824-cü ildə Franklin İnstitutu tərəfindən təsis olunan nüfuzlu və sanballı “Benjamin Franklin" medalı elm və texnologiya sahəsi üzrə təqdim olunur. ABŞ-ın elm  və texnologiya sahəsində ilk mükafatı olan “Benjamin Franklin" medalı indiyə kimi 2000-dən çox alim, ixtiraçı və sahibkara müxtəlif kateqoriyalar üzrə verilib. Mükafatın laureatları sırasında Mariya Küri, Tomas Edison, Nikola Tesla, Eduard Lorens, Bil Qeyts və Albert Eynşteyn kimi dünya şöhrətli alimlər var. Franklin medalının lauretlarından 117-si Nobel mükafatına layiq görülüb.

O dünyadan qayıdan 9 adam!

19 Aprel 2018 18:30

1986-cı ildə soyuq qış günlərinin birində 2 yaşlı Mişel Fank evinin qarşısında yerləşən donmuş çayın yaxınlığına oynayırmış. Buz sınır və qız suya düşür. Qızı sudan yarım saatdan sonra çıxartdılar. Sudan çıxararkən qızda heç bir həyatı əlamət yox idi. Həkim ona ürək masajı etdi, qanını isitdi və orqanlarını hərəkətə gətirdi. Mişel gözlərini açdı və xoşbəxtlikdən soyuq su onun beynini dondurmamışdı.

Ermənistanda saxlanılan etirazçıların sayı 100-ə çatıb

19 Aprel 2018 18:21

Ermənistanda Serj Sarkisyanın baş nazirliyinə qarşı keçirilən aksiyalarda saxlanılanların sayı 100 nəfərə çatıb.

Dünyanın ən gözəl qadını kimdir?- "People" jurnalı siyahını sıraladı..

19 Aprel 2018 17:02

"People" jurnalı ən gözəl insanların siyahısını tərtib edib. 

Buz mağaraları: yer tarixinin sirli şahidi- ƏSRARƏNGİZ GÖRÜNTÜLƏR

19 Aprel 2018 16:59

Bu rubrikada dünyanın ən maraqlı ölkələri, ekzotik və görməli yerləri barəsində fotoları və həmin bölgə ilə bağlı ən maraqlı məlumatları təqdim edirik. Bu dəfə mövzumuz İslandiyadakı məşhur buz mağarasıdır.

İrəvana MÜHARİBƏ ELAN EDİLDİ

19 Aprel 2018 15:48

Ermənistan diasporu Serj Sarkisyana müharibə elan etdi. Erməni siyasi şərhçi Tevos Arşakyan Ermənistanda hakimiyyətin vəziyyətinin ağırlaşdığını yazır. O, kütləvi aksiyanın genişləndiyini, İrəvanla yanaşı, Gümrü, Vanadzor və digər şəhərlərə də keçdiyini qeyd edir: “Hətta Ermənistanın sərhədlərindən kənarda da Sarkisyana qarşı etiraz dalğası böyüyür.

ABŞ qorxulu iddianı TƏSDİQLƏDİ – Şübhələr DAĞILDI

19 Aprel 2018 15:36

Martın əvvəlində Rusiya prezidenti Vladimir Putinölkəsinin  fantastik silahlara malik olması ilə bağlı bəyanat verdi. Onun bu bəyanatını ciddi qəbul etməyən bəzi Qərb dairələri rişxəndlə bu silahları realda görmək istədiyini dəfələrlə qeyd edib. Bu silahlar içərisində isə ən ciddi müzakirə mövzusu isə hipersəs sürətli raketlərdir.