Dünya

30-dan çox nəhəng İT şirkəti kiberhücumlara qarşı razılaşma imzalayıb

18 Aprel 2018 19:30

“Microsoft”, “Facebook”, “HP”, “ARM”, “Cisco” və “Oracle” daxil olmaqla 34 nəhəng texnologiya şirkəti tərəfindən kibertəhlükəsizlik haqda imzalanmış razılaşma istənilən dövlətin hakimiyyətinə vətəndaş və şirkətlərə qarşı kiberhücumların təşkilində kömək etməyi qadağan edir.

“5G” şəbəkəsinin kommersiya istifadəsinə verilmə vaxtı yaxınlaşır

18 Aprel 2018 19:20

"Huawei” şirkəti “5G” (NSA) qeyri-avtonom arxitekturası üçün şəbəkə nüvəsini sınaqdan keçirən ilk telekommunikasiya avadanlığı istehsalçısı olub. Bu hadisə beşinci nəsil mobil rabitə şəbəkəsinin kommersiya istifadəsinə verilmə vaxtını yaxınlaşdırıb.

“Ağıllı” “Google” mikroskopu xərçəngi diaqnozlaşdırmağa kömək edəcək

18 Aprel 2018 18:50

"Google" şirkətinin mühəndisləri toxuma nümunələrində xərçəng hüceyrələrinin aşkarlanması üçün süni intellektdən istifadə edən əlavə reallığa malik mikroskop prototipi təqdim ediblər.

Ermənistanda kütləvi həbslər başladı

18 Aprel 2018 17:53

Ermənistanda Serj Sərkisyanın baş nazir postunu ələ keçirməsinə qarşı ötən həftə sonundan baş verən kütləvi etiraz aksiyaları aprelin 18-də də davam edib. Etirazçıların zərərsizləşdirilməsi üçün paytaxt İrəvana yerləşdirilmiş hərbi texnika və canlı qüvvə strateji əhəmiyyət kəsb edən binaları nəzarətə götürüb.

Sarkisyanın əleyhdarları axşam saatlarında daha bir mitinq elan edib

18 Aprel 2018 17:49

Yerevanda keçmiş prezident Serj Sarkisyanın baş nazir təyin olunmasına qarşı etiraz aksiyalarının iştirakçıları bu gün axşam saatlarında daha bir mitinq keçirəcəklərini deyiblər.

Dalana dirənən Sarkisyana Putin ZƏNG ETDİ - İkinci müharibə başlayır

18 Aprel 2018 17:43

Serj Sarkisyan baş nazir seçilən kimi Rusiya prezidenti Vladimir Putinlə telefonla danışıb. Bu, Rusiya liderinin təbriki olsa da, Ermənistan mediası danışıqda İrəvanda başladılan “Məxməri inqilab”ın müzakirə edildiyini yazıb. Bu, proseslərin ciddi narahatlıq yaratdığını da deməyə əsas verir. Erməni siyasi şərhçi Aram Amatuni yazır ki, “əsəblərin müharibəsi başa çatdı, indi yeni mərhələ başlanır”.

İran beynəlxalq hesablaşmalarda dollardan imtina edərək avroya keçib

18 Aprel 2018 17:33

İran hökuməti beynəlxalq hesablaşmalarda dollardan imtina edərək bütün ölkəxarici pul köçürmələrində və dövlət qurumlarının rəsmi hesabatlarında avroya keçilməsi barədə qərar qəbul edib.

Məşhur bacılar yaşadıqları evdə bir-birini döydülər - Qonşular polis çağırdı 

18 Aprel 2018 17:21

"Cicişlər" kimi tanınan Esra-Ceyda Ersoy bacıları İstanbulda yaşadıqları evdə hələlik bilinməyən səbəbdən dava ediblər. Qonşuların xəbərdarlığından sonra "Cicişlər"in evinə polis və təcili yardım gəlib. Polislərə uzun müddət qapını açmayan Ersoy bacılarını sonda dilə tutmaq mümkün olub.

Əfqanıstanda Seçki Komissiyasının 3 üzvü oğurlandı

18 Aprel 2018 17:20

"Taliban" radikal qruplaşması Əfqanıstanda Seçki Komissiyasının 3 üzvünü oğurlayıb. İnsident Qur vilayətində baş verib. Məlumata görə, Seçki Komissiyasının üzvləri ilə bərabər 2 polis əməkdaşı da girov götürülüb.

Üç ayda 6 milyon qazanacaq

18 Aprel 2018 17:07

Gümrüdə də iğtişaşlar başladı - Polis Sarkisyan əleyhdarlarını qovur

18 Aprel 2018 16:33

Ermənistanın eks-prezidenti Serj Sarkisyanın baş nazir seçilməsinə etiraz edənlərlə polis arasında toqquşmalar artıq başqa şəhərlərdə də başlayıb. Məlumata görə, toqquşmalar Gümrü şəhərində qeydə alınıb.