Dünya
Türkiyə həbsxanasında YANĞIN
İstanbulun “Metris” qapalı tipli cəzaçəkmə müəssisəsində yanğın qeydı alınıb. Yanğın nəticəsində 27 məhkumun vəziyyəti pisləşib. Narahatlıq keçirən məhkumlar yaxın ərazilərdəki xəstəxanalara çatdırılıblar. Bildirilir ki, yanğın FETÖ və PKK terror təşkilatları ilə əlaqədə və narkotik ticarətinə görə ittiham olunaraq cəza çəkən məhkumların saxlanılıdığı barakda baş verib. Hadisə ilə bağlı cinayət işi açılıb.
Deniz Çakırın hicablı qızlarla dava görüntüləri yayıldı - Video
Deniz Çakır və hicablı qızlar arasındakı söz savaşı ilə bağlı qalmaqal bitmək bilmir. Hadisə ilə bağlı yeni faktlar ortaya çıxıb. Hadisə günü lentə alınan videolar ortaya çıxıb. Məhkəmə hicablı qızları təhqir edən aktrisa ilə bağlı işə xitam vermişdi. Amma başıbağlı qızlar bununla razılaşmadıqlarını bildirmişdi.
Roma imperatorunun maskası bu ölkədə tapıldı
Bolqarıstan arxeoloqları Varna şəhərində yerləşən Canavara arxeoloji sahəsində maska aşkar ediblər. Tapıntının Roma imperatorunun üzünü ifadə edən VI əsrə aid maska olduğu ehtimal edilir. Regional arxeoloji muzeyin əməkdaşları bildiriblər ki, Bolqarıstan ərazisində birinci dəfədir ki, belə maskalar tapılır.














