Mobil telefonla şəkil çəkənlər cərimələnəcəklər
15 Fevral 2019 17:28 DünyaTürkiyədə uçuş zamanı mobil telefondan istifadə edən sərnişinlər (foto çəkmək, danışmaq, internetdən istifadə etmək və s.) 2,1 min lirə məbləğində cərimə olunacaq.
Bundan başqa, təyyarədə siqaret, eləcə də elektron siqaret çəkməyə görə cərimələr 1,7 min lirədən 2,1 min lirəyədək artırılıb.
Məlumata əsasən, uçuş zamanı göyərtə bələdçilərinin tələblərinə əməl etməyən sərnişinlər də 2,1 min lirə cərimələnəcəklər.
Milli.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31