Avropa orduları ABŞ-nin bulud texnologiyalarından asılılıq təhlükəsi ilə üz-üzədir – ÖZƏL

Olaylar.az xəbər verir ki, Brüsselin "Future of Technology Institute" (FOTI) analitik mərkəzinin hesabatına görə, Avropa ölkələrinin yarıdan çoxu milli müdafiə sahəsində ABŞ-nin bulud servislərindən kritik dərəcədə asılıdır. Araşdırılan 28 ölkədən 16-sı, o cümlədən Almaniya, Polşa və Böyük Britaniya Vaşinqtonun siyasi qərarı ilə xidmətlərin qəfil dayandırılması ("kill switch") riski qarşısındadır; yalnız Avstriya tam suveren hesab olunur. 

Microsoft, Google, Oracle və Amazon kimi nəhənglərin üstünlük təşkil etdiyi bu sahədə, ABŞ hökumətinin məlumatlara çıxış imkanı və Tramp administrasiyasının mümkün təzyiqləri əsas təhdid kimi göstərilir. Şirkətlərin təklif etdiyi "lokal" həllərin hələ də gizli texnoloji asılılıqlar daşıdığını bildirən ekspertlər, Avropa Müdafiə Agentliyinin 2030-cu ilə qədər müstəqil hərbi məlumat platforması yaratmaq planını bu təhlükəyə qarşı yeganə çıxış yolu hesab edirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31