Makron: Fransa Hörmüz boğazında hədəfə alınmayıb
20:15 DünyaFransa tankerləri Hörmüz boğazında hədəfə alınmayıb.
Olaylar.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Polşanın Baş naziri Donald Tuskla görüşdən sonra Qdanskda keçirilən mətbuat konfransında bildirib.
Makron bildirib ki, Hörmüz boğazındakı son hadisələrlə bağlı Fransaya hücum edilməyib, ölən və ya yaralanan olmayıb.
Fransa lideri ABŞ və İranın Hörmüz boğazında gərginliyi artırmağa davam etmək qərarını səhv hesab edib. "Çox güman ki, ABŞ-nin Hörmüz boğazının hədəf blokadasını davam etdirmək qərarından sonra Tehran əvvəlki mövqeyini dəyişib. Hesab edirəm ki, bu, hər iki tərəfin səhvidir", - Makron qeyd edib.
Xatırladaq ki, daha əvvəl "France-Presse" agentliyi Fransanın CMA CGM şirkətinə məxsus gəminin 18 apreldə Hörmüz boğazında xəbərdarlıq atəşinə tutulduğunu bildirmişdi.