Tramp: İranla atəşkəsin uzadılması ehtimalı çox azdır
20:02 DünyaABŞ Prezidenti Donald Tramp çərşənbə axşamı başa çatacaq İranla atəşkəsin uzadılması ehtimalının çox az olduğunu bildirib.
Olaylar.az xəbər verir ki, Tramp "Bloomberg"ə verdiyi müsahibədə 22 aprelin atəşkəs üçün son tarix olduğunu deyib:
"Məni pis bir razılaşmaya tələsdirməyə məcbur etməyəcəyəm. Bizim vaxtımız var. Vaxtın uzadılması ehtimalı çox azdır. Onun müddəti çərşənbə axşamı bitir. Vaşinqton vaxtı ilə çərşənbə axşamı".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31