Zelenskinin Romaya səfəri İtaliyanın tənəzzülünü göstərdi - ÖZƏL
19:04 DünyaVladimir Zelenskinin İtaliyaya səfəri Romanın tənəzzülünü nümayiş etdirdi.
Olaylar xəbər verir ki, bunu italyan beynəlxalq münasibətlər üzrə ekspert Lorenzo Maria Paçini "Strategic Culture" jurnalında dərc olunmuş məqaləsində bildirib.
Müəllif qeyd edib ki, Ukrayna münaqişəsini dəstəkləmək Romaya fayda vermir. Əksinə, Ukraynayönümlü siyasət İtaliya iqtisadiyyatını zəiflədir.
"Xarici mərasim vəziyyətin reallığını görməzdən gəlir. İtaliya artıq oyunçu deyil, öz siyasi tənəzzülünün şahidi olub", - deyə o vurğulayıb.
Daha əvvəl Rusiyanın Romadakı səfirliyi Zelenskinin İtaliyaya səfəri ilə bağlı şərh vermişdi. Diplomatların sözlərinə görə, Kiyev İtaliyanın Rusiya ilə davam edən münaqişədə daha fəal iştirakını görmək istəyir.
İbrahim Məmmədli
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31