Vaşinqton və Ankara S-400 böhranını həll edir: Türkiyə F-35 proqramına qayıdır – ÖZƏL

Olaylar.az xəbər verir ki, ABŞ-nin Türkiyədəki səfiri Tom Barrak Antaliya Diplomatiya Forumunda çıxışı zamanı rəsmi Vaşinqton və Ankara arasında uzun müddətdir davam edən S-400 gərginliyinin yaxın zamanlarda tamamilə aradan qaldırılacağını bəyan edib. 

Səfirin sözlərinə görə, ABŞ rəhbərliyi Türkiyənin F-35 qırıcı-bombardmançı proqramına yenidən daxil olmasını artıq normal qarşılayır və bu istiqamətdə müsbət irəliləyişlər gözlənilir.

Xatırladaq ki, Türkiyənin 2017-ci ildə Rusiyadan S-400 zenit-raket sistemlərini alması NATO və ABŞ tərəfindən sərt etirazla qarşılanmış, 2020-ci ildə isə bu səbəbdən Türkiyəyə qarşı "CAATSA" sanksiyaları tətbiq edilmişdi. Vaşinqton həmin vaxt bu sistemlərin NATO texnologiyalarına uyğunsuzluğunu və F-35-lərin məxfi məlumatları üçün təhlükə yaratdığını iddia edirdi. Lakin son illərdə aparılan diplomatik danışıqlar, xüsusilə Türkiyənin S-400-lər üzərində birgə nəzarət mexanizmi yaradılması təklifi və tərəflərin strateji tərəfdaşlığa verdiyi önəm buzların əriməsinə səbəb olub. 

Səfirin bu açıqlaması hər iki ölkənin hərbi və texnoloji sahədə yenidən tammiqyaslı əməkdaşlığa hazır olduğunu təsdiqləyir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31