Tokayev BMT Təhlükəsizlik Şurasını  tənqid edib- ÖZƏL

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası bu beynəlxalq təşkilatın islahatlarına mane olur və eyni zamanda dünyada münaqişə və qarışıqlığın əsas mənbəyidir.  Olaylar.az xəbər verir ki, bu fikri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev beşinci Antalya Diplomatik Forumunda çıxış edərkən bildirib. O, hesab edir ki, BMT Təhlükəsizlik Şurası kritik məsələlərin həllinə mane olur, orta və hətta kiçik dövlətlər isə beynəlxalq səhnədə daha məsuliyyətli davranırlar. 
"Bu gün biz görürük ki, BMT şübhəsiz ki, əvəzolunmazdır. O, universaldır.  Üstəlik, hər kəs onun təkcə dəstəyə deyil, həm də islahatlara layiq olduğunu deyir. Bəli, bu doğrudur, amma eyni zamanda çox açıq olmalıyıq. Heç kim bunun çox tezliklə baş verəcəyinə inanmır, ən azından ona görə ki, biz uzun müddətdir BMT-də islahatlar, dəyişikliklər və yenidənqurmalardan danışırıq, amma bu, heç vaxt baş vermir. BMT-nin islahatına mane olanın Təhlükəsizlik Şurası olduğunu bəyan etməkdə çox səmimi olmalıyıq", - Tokayev bildirib. O əlavə edib ki, "bütün münaqişələrin və ya heç olmasa dünyadakı qarışıqlıqların əsas mənbəyinin Təhlükəsizlik Şurası olması faktı barədə son dərəcə açıq olmalıyıq". O əlavə etdi ki, "regional güclər, orta ölçülü güclər, hətta kiçik güclər beynəlxalq arenada daha məsuliyyətli davranırlar

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31