Hörmüz boğazında hərbi yerləşdirmə Parisdə müzakirə olunacaq- ÖZƏL

Bir neçə ölkənin liderləri malların sərbəst axınını və gəmiçiliyin təhlükəsizliyini təmin etmək üçün Hörmüz boğazında çoxmillətli hərbi qüvvələrin yerləşdirilməsi məsələsini müzakirə edəcəklər. Olaylar.az xəbər verir ki, Rai News 24- ün məlumatına görə , sırf müdafiə xarakterli olacaq missiya yalnız İran, ABŞ və İsrail arasındakı münaqişə bitdikdən sonra başlaya bilər. 
Avropa, Asiya və Yaxın Şərqdən təxminən 30 liderin iştirak etdiyi videokonfrans Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Keir Starmerin sədrliyi ilə keçiriləcək. Almaniya kansleri Fridrix Merz və İtaliyanın Baş naziri Corcio Meloninin də iştirakı gözlənilir. Rai News 24 qeyd edir ki, Avropa beləliklə, "ABŞ-ın hərəkətləri səbəbindən uzun müddət diplomatik səylərdən kənarda qaldıqdan sonra müstəqil hərəkət etmək qabiliyyətini nümayiş etdirməyə çalışır". Münaqişə tərəfləri - İran, ABŞ və İsrail - görüşə dəvət olunmayıb. Prioritet naviqasiya azadlığı məsələsinə həll yolu tapmaqdır.
Kanal iddia edir ki, birgə hərbi missiya üçün hazırlıqlar artıq başlayıb və hərbi liderlər texniki detalları dəqiqləşdirmək üçün gələn həftə Böyük Britaniyada görüşəcəklər. Lakin onun yerləşdirilməsi yalnız müharibə bitdikdən sonra və qarşılıqlı razılaşma əsasında baş tutacaq. Xüsusilə, İran gəmilərə hücum etməmək öhdəliyini götürməli və ABŞ İran limanlarının blokadasına son qoymalıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31