Yaxın Şərqdəki ABŞ aviadaşıyıcılarında qida böhranı: Hərbçilər ac qalır – ÖZƏL

Yaxın Şərqdə yerləşdirilən "USS Abraham Lincoln" və "USS Tripoli" aviadaşıyıcılarında şəxsi heyətin ciddi ərzaq çatışmazlığı ilə üzləşdiyi məlum olub. 

Olaylar.az xəbər verir ki, USA Today nəşrinin yaydığı məlumata görə, hərbçilər təzə tərəvəzlərin tükəndiyini, payların kəskin azaldığını və yeməklərin keyfiyyətsiz olduğunu bildirirlər. Bölgədəki gərginlik səbəbindən hava məkanının bağlanması və logistik problemlər ABŞ-nin poçt xidmətinin 27 hərbi ünvana bağlama çatdırılmasını dayandırmasına səbəb olub. 

Nəticədə, ailələrin öz yaxınlarına göndərdiyi ərzaq və yardım bağlamaları yollarda qalıb. Hərbçilərin ailələri və yaxınları dünyanın ən güclü ordusunda belə bir vəziyyətin yaranmasından narahatlıqlarını ifadə edərək, bu problemin orduda mənəvi ruhu minimuma endirəcəyini vurğulayırlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31