Veymar Üçlüyü ilə görüş: Gürcüstan tərəfi Almaniya XİN-ə etiraz edib – ÖZƏL

Olaylar.az xəbər verir ki, Gürcüstan parlamentinin Avropaya inteqrasiya komitəsinin sədri Levan Maxaşvili "Veymar üçlüyü" (Polşa, Almaniya, Fransa) nümayəndə heyəti ilə görüşün detallarını açıqlayıb. Görüşdə tərəflər Gürcüstan və Avropa İttifaqı arasındakı mövcud problemləri və onların həlli yollarını müzakirə ediblər.

Maxaşvili bildirib ki, tərəflər arasında fikir ayrılıqlarına baxmayaraq, ortaq həll yollarının tapılması üçün dialoqun davam etdirilməsi vacibdir. Gürcüstan tərəfi Almaniya Xarici İşlər Nazirliyinin rəsmi saytında Salome Zurabişvilinin hələ də prezident kimi göstərilməsinə etiraz edib.

Almaniya tərəfi bu yanlışlığı texniki səbəblərlə əlaqələndirib. Lakin Maxaşvili iki il ərzində belə bir sadə xətanın düzəldilməməsinin qəbulolunmaz olduğunu vurğulayaraq, problemin tezliklə həll ediləcəyinə ümid etdiyini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31