Ərdoğan: Türkiyə Macarıstanla strateji tərəfdaşlığı inkişaf etdirmək niyyətindədir
19:04 DünyaTürkiyə Macarıstanla strateji tərəfdaşlığı daha da inkişaf etdirmək və beynəlxalq platformalarda fəal əməkdaşlıq etmək niyyətindədir.
Olaylar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstanda parlament seçkilərində qalib gələn Tisza partiyasının lideri Peter Magyar ilə telefon danışığında bildirib.
Liderlər ikitərəfli münasibətlərin gələcəyini, eləcə də regional və qlobal məsələləri müzakirə ediblər. Türkiyə Prezidenti iki ölkə arasındakı münasibətlərin gücünün ortaq tarix və mədəniyyətə əsaslandığını qeyd edib. Həm ikitərəfli, həm də beynəlxalq səviyyədə əməkdaşlığının daha fəal şəkildə inkişaf edəcəyinə əminliyini bildirib. Ərdoğan Türkiyənin Macarıstanla daha dərin strateji əməkdaşlığa çalışdığını vurğulayıb. İki ölkənin NATO üzvlüyünün regional və qlobal sülhə töhfə verdiyini qeyd edib.