Fransa prezidentinin iqamətgahında axtarışlar aparılıb

Fransa prezidentinin iqamətgahında axtarışlar aparılıb.

Olaylar.az xəbər verir ki, Yelisey Sarayında aparılan axtarışlar dövlət müqavilələri ilə bağlıdır.

"Canard Enchaîné" nəşrinin məlumatına görə, müstəntiqlər Fransa prezidenti Emmanuel Makronun iqamətgahına bu gün səhər saatlarında daxil olublar.

Nəşr qeyd edir ki, korrupsiyaya qarşı mübarizə briqadası "Shotcut Events" ilə imzalanmış müqavilələri araşdırır. Şirkət 2002-2024-cü illər arasında görkəmli şəxsiyyətlərin xatirəsini yad etmək üçün keçirilən bütün Panteon təqdimat mərasimlərini idarə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31