İran dəniz blokadası riskinə qarşı sərhəd bölgələrinə xüsusi tapşırıqlar verib – ÖZƏL

Olaylar.az xəbər verir ki, İranın daxili işlər naziri Eskandar Momeni bildirib ki, sanksiyalar və mümkün blokada ilə bağlı "istənilən plan və illüziyalar nəticə verməyəcək". Onun sözlərinə görə, ölkənin uzun quru və dəniz sərhədləri bu cür təzyiqlərin effektivliyini azaldır.

Nazir sərhədyanı əyalətlərin 16 qubernatoruna xüsusi səlahiyyətlərdən istifadə edərək dəniz blokadası riskini neytrallaşdırmaq, düşmənin planlarını pozmaq tapşırığı verib. O, müvafiq qurumlarla - iqtisadiyyat, kənd təsərrüfatı, nəqliyyat, sənaye və ticarət strukturları ilə koordinasiyanın gücləndirilməsini vacib sayıb.

Momeni əsas diqqətin zəruri malların idxalının asanlaşdırılmasına və sərhəd ticarətinin genişləndirilməsinə yönəldiyini vurğulayıb. Qeyd edilib ki, həm idxal, həm də ixrac əməliyyatları artırılmalı, əhalinin təminatı üçün bütün mövcud resurslar səfərbər edilməlidir.

Nazir həmçinin digər bölgələrin rəhbərlərinə də sərhəd əyalətləri ilə sıx əməkdaşlıq edərək ölkə üzrə təchizat zəncirini gücləndirməyi tapşırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31