Serbiya və İsrail birgə hərbi dronlar hazırlayacaq

Serbiya müdafiə qabiliyyətini gücləndirmək və silah-sursatla hərbi texnika ixracını artırmaq məqsədilə İsraillə birlikdə hərbi dronların istehsalını planlaşdırır.

Olaylar.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Serbiyanın Prezidenti Aleksandar Vuçiç bildirib.

Qeyd edək ki, Serbiyanın SDPR silah istehsalçısı İsrailin "Elbit Systems" şirkəti ilə birgə dron istehsalı zavodu açmağı planlaşdırır. Məlumata görə, "Elbit" layihədə 51 faiz paya sahib olacaq, qalan hissə isə Serbiyaya məxsus olacaq.

Vuçiç bildirib ki, dron istehsalını genişləndirməyə çalışan Serbiya İsrail kimi dronlar istehsal edə bilmir.

"Biz bunu birlikdə edəcəyik, yarı-yarıya, əllinin əlliyə - dünyanın bu hissəsində ən yaxşı dronlara sahib olacağıq", - deyə o, Belqradda hərbi hissəyə səfəri zamanı jurnalistlərə bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31