İsrail İrana qarşı nüvə silahından istifadə edə bilər – ÖZƏL

Olaylar.az xəbər verir ki, Çikaqo Universitetinin professoru Con Mirşaymer bildirib ki, Tehranla qarşıdurmada çıxılmaz vəziyyətə düşən İsrail nüvə silahına müraciət edə bilər. 

Analitikin fikrincə, Təl-Əviv İranı "ekzistensial təhdid" (mövcudluğuna təhlükə) kimi qəbul etsə də, hazırkı mərhələdə ona qarşı təkbaşına qələbə qazanmaq iqtidarında deyil.

Professor qeyd edib ki, hərbi və siyasi baxımdan ağır küncə sıxılan Netanyahu hökuməti məhz bu "çarəsizlik" fonunda radikal addımlara yol verə bilər. Mirşaymerin sözlərinə görə, İsrail rəhbərliyi məğlubiyyət və ya ciddi sarsıntı ehtimalı qarşısında son çarə kimi nüvə variantını masa üzərinə gətirmək riskini daşıyır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31