İspaniya miqrantları leqallaşdırır: Sançes bunu “demoqrafik qış”la əsaslandırdı- ÖZƏL

İspaniyanın Baş naziri Pedro Sançrs hökumətin ölkədə miqrantların leqallaşdırılması təşəbbüsünü Qərb cəmiyyətlərinin üzləşdiyi "demoqrafik qış" problemi ilə əlaqələndirib. Olaylar.az xəbər verir ki, Nazirlər Kabinetinin rəhbəri hökumətin rəsmi saytında yayımlanan mətbuat konfransında bildirib ki, bu addım ölkənin maraqlarına xidmət edir: "Biz ölkəmiz üçün yaxşı olanı edirik, çünki hüquqların tanınması müsbət haldır. Ən əsası isə miqrasiya ölkəmizin iqtisadi artımına və yeni iş yerlərinin yaradılmasına mühüm töhfə verir".
Sançes vurğulayıb ki, Qərb ölkələrinin əksəriyyəti kimi İspaniya da demoqrafik azalma ilə üz-üzədir: "Bu problemi iki yolla həll etmək olarchr("39") hökumətin həyata keçirdiyi ailə siyasəti və immiqrasiya siyasəti vasitəsilə".
Məlumata görə, İspaniya Nazirlər Şurası aprelin 14-də ölkədə yaşayan miqrantların leqallaşdırılması prosesinə start verəcək fərmanı təsdiqləyəcək. Təşəbbüsün təxminən 500 min nəfəri əhatə edə biləcəyi bildirilir.
El País qəzetinin yazdığına görə, bu tədbir 31 dekabr 2025-ci il tarixinədək ölkəyə daxil olduğunu və ən azı beş ay İspaniyada yaşadığını sübut edə bilən əcnəbilərə şamil olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31