Müharibədə yeniilik: Aşkarlanması çətin olan dron- ÖZƏL

"İsrail dövlət televiziyası KAN-ın verdiyi məlumata görə, dünən Hizbullah tərəfindən atılan  ən azı 40 drondan bəziləri ələ keçirilib, qalanları isə yaşayış məntəqələrinə və sənaye obyektlərinə düşüb və ciddi ziyana səbəb olub". Bunu "Olaylar"a politoloq Əlimusa İbrahimov deyib: "Dronlar arasında aşkarlanmasını çətinləşdirən inkişaf etmiş optik sistemlə təchiz olunmuş yeni növdən istifadə olunduğu müəyyən edilib. O, İsrailin şimalındakı Kiryat Şmonada qəzaya uğrayıb.
İsraildən olan mütəxəssislərin verdiyi məlumata görə, bu dronlar kiberhücumlardan qorunan, aşkarlanması və ələ keçirilməsi çətin olan inkişaf etmiş hava silahı hesab olunur. İddia edilir ki, dron binaların içərisində manevr edə, 5 kiloqram partlayıcı maddə daşıya  və onlarla kilometr məsafəyə uça bilər. Bu xüsusiyyətlər onları digərlərindən fərqləndirir.
Saytın hesabatında Hizbullah tərəfindən yayımlanan görüntülərdə intiharçı dronların havada yüksək sürətlə manevr etdiyi və zirehli maşınlarla və hətta əsgərlərlə toqquşduğunu göstərən məlumatlar yer alıb və bunların müşahidə və kəşfiyyat dronlarından fərqli olduğu qeyd edilib. 
Bildirilir ki, bu tip dronlar yüksək manevrli PUA-lardır və pilot  cihazdakı kameradan canlı görüntünü eynək vasitəsilə izləyə bilir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31