İrəvanda izdihamlı mitinq: "Güclü Ermənistan" seçkiöncəsi hakimiyyətə meydan oxuyur – ÖZƏL
11:35 DünyaOlaylar.az xəbər verir ki, Ermənistanın "Past" qəzetinin məlumatına görə, şənbə günü Azadlıq meydanında "Güclü Ermənistan" hərəkatının təşkilatçılığı ilə on minlərlə insanın qatıldığı izdihamlı mitinq keçirilib. Samvel Karapetyanın "Dəyişiklik çıxışı" ilə yadda qalan aksiyada cəmiyyətin mövcud hakimiyyətdən narazılığı və köklü islahat tələbi ön plana çıxıb.
Nəşr qeyd edir ki, hüquq-mühafizə orqanlarının təzyiqlərinə baxmayaraq, meydanlara toplaşan kütlə müxalifətin yüksək reytinqə malik olduğunu və Nikol Paşinyan hökumətinin siyasi rəqiblərini qeydiyyata almamaq kimi riskli addımlara əl atacağı təqdirdə xalqın genişmiqyaslı küçə etirazlarına başlayacağı barədə ciddi mesaj verib.
Analitiklər hesab edir ki, bu mitinq qarşıdan gələn seçkilərdə rekord fəallığın olacağından və hakimiyyət dəyişikliyinin qaçılmazlığından xəbər verir.