Peter Magyar: "Macarıstan digər ölkələrin daxili işlərinə qarışmayacaq" – ÖZƏL
11:18 DünyaOlaylar.az xəbər verir ki, Macarıstanda keçirilən parlament seçkilərinin qalibi, "Tisa" partiyasının lideri Peter Magyar "Rustavi 2" telekanalına verdiyi müsahibədə ölkəsinin yeni xarici siyasət kursuna toxunub. Magyar Gürcüstan və Şimali Makedoniya kimi ölkələrin daxili işlərinə və seçki proseslərinə müdaxilə etməyin onların üslubu olmadığını vurğulayıb. O, Viktor Orban hökumətinin əvvəlki əlaqələrinin pisləşməyəcəyini, əksinə, münasibətləri daha da yaxşılaşdırmaq niyyətində olduqlarını bildirib.
Gürcüstanla əməkdaşlıqda maraqlı olduğunu qeyd edən partiya lideri, iqtisadi rifah naminə sülh şəraitində birgə çalışmağın vacibliyini və hər bir hökumətin ilk növbədə öz xalqının inkişafına xidmət etməli olduğunu diqqətə çatdırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31