ABŞ Venesuelanın 150 milyon barrel neftini satıb – ÖZƏL
10:53 DünyaOlaylar.az xəbər verir ki, ABŞ-nin energetika naziri Kris Rayt "Semafor" konfransında verdiyi açıqlamada, 2026-cı ilin yanvar ayından etibarən ABŞ administrasiyasının təxminən 150 milyon barrel Venesuela neftini satışa çıxardığını bildirib.
Nazirin sözlərinə görə, yanvarın 3-dən bu yana satılan xam neftin həcmi qeyd olunan rəqəmdən bir qədər də artıq ola bilər.
Xatırladaq ki, cari ilin 3 yanvar tarixində Vaşinqton Karakasda hərbi əməliyyat keçirərək Venesuela prezidenti Nikolas Maduronu və həyat yoldaşını ələ keçirib. Narkoticarətdə ittiham olunan Maduro yanvarın 5-də Nyu-York məhkəməsi qarşısına çıxarılsa da, günahını boynuna almayıb. Hazırda ölkəyə müvəqqəti rəhbərliyi Delsi Rodriqes etsə də, ABŞ tərəfi Venesuelanın idarəçiliyini öz üzərinə götürdüyünü bəyan edib.