KİV: 15-dən çox ABŞ hərbi gəmisi İranın dəniz blokadasında iştirak edir

ABŞ-nin İrana qarşı hərbi-dəniz blokadasını həyata keçirmək üçün 15-dən çox hərbi gəmi bölgəyə göndərilib.

Olaylar.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" yüksək vəzifəli məmura istinadən məlumat yayıb.

Qeyd edək ki, bu gün ABŞ-nin Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib.

Qərara əsasən İran limanlarına gedən və ya limanlardan çıxan bütün gəmilər ABŞ-nin hərbi blokadası ilə üzləşəcək. Amma İran limanlarından istifadə etməyən gəmilər hərəkət etməkdə sərbəst olacaqdır.

ABŞ Prezidenti Donald Tramp Hörmüz İran gəmiləri blokadanı yarmağa çalışacağı təqdirdə, dərhal məhv ediləcəyi barədə xəbərdarlıq edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31