İsrailin hücumları nəticəsində Livanda ölənlərin sayı 2089-u keçib

Livan Səhiyyə Nazirliyinin məlumatına görə, İsrail hava qüvvələrinin hücumları nəticəsində son 24 saat ərzində ən azı 34 nəfər həlak olub, daha 174 nəfər yaralanıb.

Olaylar.az xəbər verir ki, nazirliyin "X"də dərc olunmuş hesabatında deyilir: "2 martda hərbi eskalasiyanın başlamasından bəri həlak olan mülki şəxslərin ümumi sayı 2089-u keçib, 6762 nəfər yaralanıb. İsrail hava hücumlarının qurbanları arasında 1671 kişi, 166 uşaq və 252 qadın var."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31