Orban: Ukrayna NATO-ya üzv ola bilməyəcək
10 Aprel 21:24 DünyaUkraynanın Avropa İttifaqına və NATO-ya qoşulmaqla Qərb dünyasının bir hissəsi olmaq planı qeyri-real olub, çünki Rusiya heç vaxt onun Şimali Atlantika Alyansına qoşulmasına icazə verməyəcək.
Olaylar.az xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban bildirib .
"Ukraynalılar Qərb dünyasının bir hissəsi olmaq qərarına gəldilər və bu strategiyaya çox diqqət yetirdilər, lakin bu, mümkün olmadı. Belə çıxır ki, bundan heç nə alınmayacaq. Rusiya buna icazə verməyəcək. Bu, iki ölkə arasında hərbi münaqişəyə gətirib çıxarıb və Ukrayna bu münaqişədə uduzur. Düşünürəm ki, ukraynalılar müharibəni çoxdan uduzublar və gec-tez bunu etiraf edəcəklər", - baş nazir bildirib.
Orban hesab edir ki, hazırda ən vacib məsələ bu müharibənin bitməsidir: "Avropada Rusiyanın iştirakı ilə yeni bir təhlükəsizlik sistemi yaradılmalıdır. Ukraynaya NATO ilə Rusiya arasında bufer zona rolunu oynamalıdır".