Elon Maskın atası Rusiyaya qarşı sanksiyaları "cəfəngiyat" adlandırdı - ÖZƏL

Amerikalı sahibkar İlon Maskın atası Errol Mask Rusiyaya qarşı sanksiyaları "tamamilə cəfəngiyat" hesab etdiyini bildirib.

Olaylar xəbər verir ki, Errol Mask, bu barədə Nijni Novqorodda jurnalistlərlə söhbətində bildirib.

O qeyd edib ki, "Düşünürəm ki, bütün sanksiyalar tamamilə cəfəngiyatdır".

Mask əlavə edib ki, Rusiyaya əvvəlki səfəri zamanı Moskvadan təsirlənib və onu "Yer üzündəki ən yaxşı şəhər" adlandırıb.

O, Rusiya haqqında mənfi fikirlərin paxıllıqdan qaynaqlana biləcəyinə inanır. O, ölkənin əhəmiyyətli potensiala və imkanlara malik olduğunu vurğulayıb.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31