Netanyahu İspaniya nümayəndələrinin koordinasiya mərkəzindən qovulmasını əmr etdi
18:58 Dünya"İspaniya dəfələrlə dünyanın ən yüksək əxlaqi standartlarına cavab verən İsrail əsgərlərinə böhtan atıb. Buna görə də İspaniya nümayəndələrinin Kiryat Qatdakı koordinasiya mərkəzindən çıxarılmasını əmr etmişəm".
Olaylar.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahu bildirib.
"Terrorçu rejimlərin əvəzinə İsrailə hücum edənlər tərəfdaşımız olmayacaqdır. Mən bu ikiüzlülüyə və düşmənçiliyə dözməyə hazır deyiləm. Heç bir ölkənin bizə qarşı bədəl ödəmədən siyasi müharibə aparmasına icazə verməyəcəyəm" - deyə Netanyahu qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31