Almaniyada hökumət böhranı yarandı

İran ABŞ münaqişəsi səbəbindən yanacağın qiymətlərinin artması Almaniya hökümətinin daxilində fikir ayrılıqlarına səbəb olub və bəzi yerli müşahidəçilər böhranı elan ediblər.

Olaylar.az bu barədə "Bild"ə istinadən məlumat verir.

Qəzetin yazdığına görə, Almaniyanın iqtisadiyyat naziri Ketrin Reyx vitse-kansler və maliyyə naziri Lars Klinqbeylin neft şirkətlərinə gözlənilməz gəlir vergisi tətbiq etmək təklifinə qarşı çıxıb. Bununla o, yanacaq qiymətlərinin artması ilə mübarizə tədbirləri ilə bağlı planlaşdırılan təcili iclası faktiki olaraq pozub. Dəvət olunmasına baxmayaraq, iqtisadiyyat naziri tədbirdə iştirak etməkdən imtina edib. Reyx həmçinin mətbuata planlaşdırılmamış bir açıqlama verərək vitse-kanslerin təklifini rədd edib.

Mətbu orqan Almaniya kansleri Fridrix Merzə yaxın şəxslərə istinadən bildirir ki, hökumət başçısı söz-söhbətlərdən çaşqınlıq içindədir və nazir Reyçeni təmkinli olmağa çağırıb.

Hökumət dairələri kanslerlə iqtisadiyyat naziri arasında fikirayrılığı yarandığını açıqlayıblar. İddialara görə, Merz Reyçenin yanacaq qiymətlərinin artması ilə bağlı vəziyyəti idarə edə bilmədiyini düşünür. Buna görə də o, bazar ertəsi idarə heyətinin iclasına dəvət olunub və orada Almaniyadakı enerji böhranı ilə bağlı partiya yoldaşlarının narahatedici suallarını cavablandırmalı olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31