Fransada hərbi təyyarə qəzaya uğrayıb

Fransanın cənub-şərqində yerləşən Alpes-de-Haute-Provence departamentində ölkənin Hərbi Hava Qüvvələrinə məxsus təlim təyyarəsi qəzaya uğrayıb.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, Fransa Hərbi Hava və Kosmik Qüvvələrinə məxsus "Cirrus SR-20" təyyarəsi yerli vaxtla saat 09:30 radələrində təlim uçuşu zamanı Alpes-de-Haute-Provence departamentində qeyri-yaşayış sahəsində düşüb.

İnsident nəticəsində 2 pilotun yaralandığı bildirilir. Xilasedicilər tərəfindən aşkarlanan zamanı huşları özlərində olub və dərhal xəstəxanaya çatdırılıblar.

Qəzanın səbəblərini müəyyən etmək məqsədilə Mülki Aviasiya Təhlükəsizliyi üzrə Təhqiqat və Təhlil Bürosu tərəfindən araşdırma başlanıb

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31