CEPA: Rusiya Ermənistana “ya biz, ya Avropa İttifaqı” ultraimatumu verib – ÖZƏL
13:16 DünyaOlaylar.az xəbər verir ki, CEPA-nın təhlilinə əsasən, Ermənistanın xarici siyasətdə manevr imkanları getdikcə daralır və 7 iyun parlament seçkiləri ərəfəsində Moskva İrəvana qarşı təzyiqləri artırıb. Aprelin 1-də Moskvada keçirilən görüş zamanı Rusiya Prezidenti Vladimir Putin Nikol Paşinyana faktiki olaraq seçim qarşısında olduqlarını - eyni vaxtda həm Avropa İttifaqı, həm də Avrasiya İqtisadi Birliyi ilə əməkdaşlığın qeyri-mümkünlüyünü çatdırıb.
Moskva bu seçkiləri "Paşinyan problemini" həll etmək üçün fürsət kimi görür və milyarder Samvel Karapetyan kimi özünə yaxın namizədləri dəstəkləyir.
Buna cavab olaraq İrəvan tərəfi yalnız Ermənistan pasportu olan şəxslərin seçkilərdə iştirak edə biləcəyini vurğulayıb. Rusiya artıq iqtisadi təzyiq mexanizmlərini, o cümlədən kənd təsərrüfatı məhsullarının idxalına məhdudiyyətləri işə salıb. Ermənistanın Türkiyə və Azərbaycanla münasibətləri yaxşılaşdırmağa çalışmasına, həmçinin Aİ ilə yaxınlaşmasına baxmayaraq, Qərbdən hələ ki konkret təhlükəsizlik zəmanəti almayıb. Bu vəziyyət Ermənistanı ciddi təhlükəsizlik dilemması və Rusiyanın sərtləşən tələbləri qarşısında çətin seçim etmək məcburiyyətində qoyur.