"Zelenskidən dünya gündəmini sarsıdan etiraf": Ukrayna ordusu İranda "Shahed"ləri vurub
12:50 DünyaUkrayna Prezidenti Volodimir Zelenski bu gün - 10 aprel 2026-cı il tarixində verdiyi bəyanatda Ukrayna xüsusi təyinatlılarının İran müharibəsi zamanı Yaxın Şərqin bir neçə ölkəsində "Shahed" pilotsuz uçuş aparatlarını məhv etdiyini açıqlayıb.
Musavat.com xəbər verir ki, Zelenski bu gizli əməliyyatları Rusiyanın Ukraynada istifadə etdiyi eyni tipli silahlara qarşı tərəfdaşlara kömək etmək məqsədi daşıyan "genişmiqyaslı səylərin tərkib hissəsi" adlandırıb.
Ukrayna lideri hərbçilərin konkret olaraq hansı ölkələrin ərazisində fəaliyyət göstərdiyini açıqlamasa da, bu addımın Ukraynanın hava hücumundan müdafiə təcrübəsini artırmaq və təhdidləri mənbəyində zərərsizləşdirmək baxımından mühüm olduğunu vurğulayıb.
Bu etiraf Ukraynanın artıq qlobal miqyasda Rusiyanın hərbi müttəfiqlərinə qarşı aktiv mübarizə apardığını və Yaxın Şərqdəki hərbi proseslərdə birbaşa iştirak etdiyini rəsmən təsdiqləyir.