Vardan Oskanyan: “Ermənistanda hakimiyyət dəyişikliyi deyil, köklü transformasiya baş verməlidir” – ÖZƏL
12:31 DünyaOlaylar.az xəbər verir ki, Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan 7 iyun parlament seçkilərini ölkə üçün həlledici mərhələ adlandıraraq, cəmiyyəti mövcud siyasi kursa son qoymağa çağırıb. Oskanyan qeyd edib ki, son 8 ilin uğursuzluqları xalq arasında dərin məyusluq yaratsa da, hazırda formalaşmış təcrübəli müxalif bloklar ölkəni bu vəziyyətdən çıxarmağa qadirdir.
Eks-nazirin fikrincə, müxalifətin əsas strateji hədəfi Nikol Paşinyanın partiyasının nəinki çoxluq qazanmasına, hətta parlamentə daxil olması üçün lazım olan minimal baryeri keçməsinə mane olmaqdır.
Oskanyan vurğulayıb ki, bu seçkilər Ermənistanın "alçaldıcı dövrünü" birdəfəlik qapatmaq və milli ləyaqətə əsaslanan yeni inkişaf mərhələsinə keçmək üçün real fürsətdir. Onun sözlərinə görə, müxalifət və seçicilərin birgə səyi Ermənistanda təkcə hakimiyyət dəyişikliyinə deyil, həm də tammiqyaslı siyasi transformasiyaya yol açacaq.