Pakistanlı nazirin İsrail barədə qalmaqallı paylaşımı silinib – ÖZƏL

Pakistanın müdafiə naziri Xavaca Asifin İsraili "bəşəriyyətin lənəti" adlandırdığı sosial şəbəkə paylaşımı silinib. 

Olaylar.az xəbər verir ki, "Al Jazeera"nın məlumatına görə, nazir öz paylaşımında İsraili Qəzza, İran və Livanda mülki şəxsləri qətlə yetirməkdə ittiham edib. İsrail Baş nazirinin ofisi bu bəyanatı "rəzalət" adlandıraraq kəskin reaksiya verib. Rəsmi Təl-Əviv bildirib ki, sülh tərəfdarı olduğunu iddia edən bir hökumət tərəfindən bu növ çıxışlar qəbuledilməzdir. 

Hazırda nazirin X platformasındakı həmin yazısına rast gəlinmir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31