ABŞ və İran atəşkəsin parametrlərini razılaşdırırlar

Vaşinqton administrasiyası və İran hakimiyyəti atəşkəsin parametrləri ilə bağlı mübahisəli məsələləri həll etmək üçün çalışırlar.

Olaylar.az xəbər verir ki, bunu ABŞ dövlət katibinin müavini Kristofer Landau deyib.

Onun sözlərinə görə, tərəflər uzunmüddətli və effektiv atəşkəsin təmin olunmasında maraqlıdır.

"Atəşkəsin detalları ilə bağlı bəzi məqamlar hələ də tam aydın deyil. Onun hansı əraziləri və hərbi əməliyyat zonalarını əhatə etməsi kimi məsələlər müzakirə olunur. Biz bütün bunları dəqiqləşdirmək üçün danışıqlar aparırıq", - deyə o qeyd edib.

Rəsmi əlavə edib ki, tərəflər hazırkı hərbi kampaniyanın başa çatdırılması istiqamətində fəal işləyir:

"Gələcəkdə İranın düşmən dövlət kimi deyil, ABŞ və digər ölkələrdən özəl investisiyaları qəbul edən tərəf kimi çıxış etməsi qlobal vəziyyəti əhəmiyyətli dərəcədə dəyişə bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31