Merz: Almaniya İranla danışıqları bərpa edir
19:30 DünyaAlmaniya kansleri Fridrix Merz Almaniya hökumətinin İranla danışıqları bərpa etdiyini açıqlayıb.
Olaylar.az xəbər verir ki, Merz Yaxın Şərqdəki vəziyyətlə bağlı açıqlamasında bildirib: "Uzun müddət davam edən sükutdan sonra - bunun üçün ciddi səbəblərimiz var idi - Almaniya hökuməti olaraq Tehranla danışıqları bərpa edirik. Bunu ABŞ və Avropa tərəfdaşlarımızla əlaqələndirilmiş şəkildə edirik. Məqsədimiz qarşıdan gələn danışıqların uğuruna töhfə verməkdir".
Almaniya kansleri bildirib ki, əgər sülh əldə edilə bilsə, Berlin onun sabitləşdirilməsi üçün məsuliyyəti öz üzərimizə götürməyə hazırdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31