İranın tələblərini ChatGPT hazırlayıb? - İDDİA
18:47 DünyaABŞ vitse-prezidenti Ceyms Devid Vensin sözlərinə görə, rəsmi Tehran on bəndlik ilkin tələblərini "ChatGPT" vasitəsilə hazırlayıb.
Olaylar.az xəbər verir ki, o, bildirib ki, İran üç fərqli paket təqdim edib: ikinci paket daha məntiqli görünür, üçüncüsü isə daha maksimalist xarakter daşıyır və sosial şəbəkələrdə yayılan versiya məhz o, olub.
Xatırladaq ki, 2026-cı il aprelin 8-də ABŞ Prezidenti Donald Tramp İranla iki həftəlik atəşkəs rejimini elan edib. Tramp bu qərarı Pakistan rəhbərliyinin xahişi və Hörmüz boğazının tam açıq qalması şərti ilə verdiyini bildirib və qeyd edib ki, İranın on bəndlik şərtləri gələcək sülh müqaviləsi üçün baza rolunu oynaya bilər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31