Rusiya ordusu iki istiqamətdə mövqelərini genişləndirdi

Rusiya hərbi qüvvələri Xarkov və Donetsk vilayətləri istiqamətlərində irəliləyiş əldə edib.

Olaylar.az xəbər verir ki, bu barədə Ukraynanın "DeepState" monitorinq qrupu məlumat yayıb.

Bildirilib ki, Rusiya qüvvələri, xüsusilə Kupyansk şəhərinin cənub-şərqində yerləşən Pesçane kəndi yaxınlığında irəliləyərək yaşayış məntəqəsinin bir hissəsini nəzarətə götürüb.

"Eyni zamanda, rusların Mirnoqrad şəhərinin şimalında yerləşən Rodinsk ərazisində də irəlilədiyi qeyd olunub. Yenilənmiş xəritəyə əsasən, Rusiya qüvvələri şəhərin şimal hissəsində müəyyən əraziləri ələ keçirib", - məlumatda qeyd edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31