Bu ölkədə milli matəm elan edildi
10:37 DünyaLivan hökuməti İsrail ordusunun həyata keçirdiyi hücumlarda 254 nəfərin həyatını itirməsindən sonra ölkədə bir günlük milli matəm elan edib.
Milli.Az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Nəvaf Salamın Ofisindən verilən açıqlamada bildirilib.
Qeyd edilib ki, 9 aprel 2026-cı il tarixində hücumlar nəticəsində həlak olan, yaralanan və zərər çəkən yüzlərlə mülki şəxsin xatirəsinə ölkə üzrə yas günü keçiriləcək.
Həmin gün dövlət qurumları, hökumət binaları və bələdiyyələr fəaliyyətini dayandıracaq, ölkə üzrə bayraqlar yarıya endiriləcək. Televiziya və digər media yayımları da yas ab-havasına uyğun şəkildə tənzimlənəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31