İran yalnız bu halda danışıqlara qatılacaq – Şərti var
08:15 Dünyaİran İslamabadda ABŞ-la yalnız Livana hücumları tamamilə dayandırdığı təqdirdə danışıqlar aparacaq.
Globalinfo.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" mənbələrə istinadən məlumat yayıb.
"İran vasitəçilərə bildirib ki, İslamabadda ABŞ rəsmiləri ilə danışıqlarda iştirakı yalnız Livanda atəşkəs olduqda mümkündür", - nəşrin məlumatında deyilir.
Qeyd edək ki, bir müddət əvvəl İran prezidenti Məsud Pezeşkian Pakistanın Baş naziri Şahbaz Şəriflə telefon danışığı zamanı ABŞ və İsrailin Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinə təsir etdiyi üçün hücumları tamamilə dayandırmalı olduqlarını bildirmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31